2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mingəçevir səhiyyəsində narazılıq

Təcili Tibbi Yardım bölməsinin həkimləri əmək haqlarının azaldılmasından şikayətlənirlər

İcbari Tibbi Sığorta Agentliyi Prezident Fərmanını necə ləğv edib?

Saytların yığılması Saytlarin yigilmasi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkim kollektivi əmək haqlarının İcbari Tibbi Sığorta Agentliyi tərəfindən qanunsuz şəkildə azaldıldığından şikayətçidirlər. Bununla əlaqədar xəstəxananın 41 həkiminin imzasıyla ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə Prezident fərmanının tətbiqinin İTS Agentliyi tərəfindən kobud qanun pozuntusuna yol verərək özbaşına dayandırıldığı qeyd olunur.
Müraciətdə deyilir: “Biz, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkimləri səhiyyədə İcbari Tibbi Sığorta sisteminin tətbiqinə ürəkdən sevinir və dəstəkləyirik. Təcili Tibbi Yardım sahəsi işinin ağırlığı, çox həyəcanlı və hədsiz gərginliyi ilə seçilir. Biz dəfələrlə təhlükəli vəziyyətlərlə üzləşirik. Sığortanın tətbiqindən sonra isə işimiz birə-beş artıb. Təcili Tibbi Yardım həkimləri səhiyyənin öndəgedən əliyalın əsgərləridir. Bütün çətinliklərə baxmayaraq, biz vətəndaşların xidmətində layiqincə dayanırıq.
30 dekabr 2007-ci il tarixdə Təcili Tibbi Yardım işçilərinin maddi rifahının yüksəltmək məqsədi ilə 2614 saylı fərmanla bizim vəzifə (tarif) maaşlarımıza 2.0 (ikiqat) artım əmsalının tətbiq olunmasına göstəriş verdiniz. Bu fərman 01 yanvar 2020-ci il tarixinə kimi tətbiq olunurdu. Mingəçevir şəhərində İcbari Tibbi Sığorta sistemini pilot layihə müddətində biz həkimlərə dövlətin ayırdığı aylıq əmək haqqından əlavə İTS agentliyi tərəfindən 200 manat məbləğində həvəsləndirici əlavə təyin olunmuşdu. 3 il pilot layihə müddətində görüntü olması üçün belə davam etdi. Lakin aylıq əmək haqqımızın təyini İTS agentliyinə həvalə olunandan sonra vəziyyət biz həkimlərin əleyhinə mənfi şəkildə dəyişdi. Belə ki, Sizin Təcili Tibbi Yardımın bütün kateqoriyadan olan işçilərinin maddi rifahının artırılması üçün məlum fərmanınız nəzərə alınmadan kobud şəkildə pozaraq ləğv edilib. Bunun nəyə əsaslanaraq edildiyini heç kim anlaya bilmədi. Axı Prezidentin fərmanını kim poza bilər? Aylıq əmək haqqımızı vəzifə (tarif) maaşın 1.0 (birqat) əmsalı ilə və 2.0 (ikiqat) artım əmsalı ləğv edərək onun əvəzində həvəsləndirici əlavə məbləğ təyin etməklə verərək hamını aldatdılar. Yəni, dövlətin bizə öncədən verdiyi ikiqat əmək haqqını iki yerə bölüb bir hissəsini dövlət maaşı kimi verdilər, bir hissəsini də öz adlarına çıxararaq maliyyə pozuntusu yolunu seçdilər. Pilot layihə müddətində verdikləri 200 manat məbləği də ləğv etdilər. Hətta Əmək Məcəlləsini pozaraq gecə növbəsi üçün nəzərdə tutulmuş vəzifə (tarif) maaşının hər saatı ücün ayrılan 50%-i guya əlavə verdikləri məbləğ “don”u geyindirdikləri hissə ücün 35%-ə endirdilər.

Beləliklə, İTS Agentliyi tərəfindən Təcili Tibbi Yardım həkimlərinin birə-beş artmış işləri müqabilində heç bir əlavələr olmadı, əksinə, dövlətimizin bizə həmişədən ayırdığı əmək haqqını maliyyə pozuntusu edərək azaltdılar. Bir sözlə, maaşımız sığortadan öncə aldığımızdan da aşağı salındı.
Sizin 30 dekabr 2007-ci il tarixli 2614 saylı fərmanınızın qüvvədə olmasına baxmayaraq İTS Agentliyi kobud qanun pozuntusuna yol verərək bu fərmanın tətbiqini özbaşına şəkildə dayandırıb. Çox maraqlıdır, agentlik bu cürəti, bu cəsarəti hardan alır?”
İTS Agentliyindən cavab ala bilməyən məktub müəllifləri ölkə başçısıdan qeyd olunan məsələnin müsbət həllinin tapması üçün köməklik istəyirlər.

Azər

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button