2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mingəçevirdə məktəb direktorunun oğlunun maşının üstünə ağac aşıb

İyunun 16-da günorta saatlarında Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Belə ki, şəhərin Nizami küçəsində iri gövdəli bir ağac “Nissan Teana” markalı avtomobilin üstünə aşıb. Hadisə zamanı avtomobilin sahibi, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev maşında olub. Əzilən maşının içində qalan R.Əliyev müxtəlif dərəcəli xəsarətləri alıb və yalnız ətrafdakı insanların köməkliyi ilə maşından çıxarılaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Qeyd edək ki, hadisə zamanı avtomobil də yararsız vəziyyətə düşüb.
Onu da əlavə edək ki, xəsarət alan Rəvan Əliyev Mingəçevir şəhərindəki 14 saylı orta məktəbin direktoru Ramiz Əliyevin oğludur.

Azər

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button