Loading...
Loading...
ÖLKƏGündəm

Minimum əmək pensiyası 240 manata qaldırılır

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən oluna bilər.

Bu, Milli Məclisin bu gün, dekabrın 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.

Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun