2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Minsk ‘Ölməz polk’ yürüşünü qadağan edir


Minskin şəhərinin icra hakimiyyəti mayın 9-da “Ölməz polk” yürüşünün keçirilməsinə dair üç ictimai təşkilatın müraciətini rədd edib.

İcra hakimiyyəti qərarını koronavirus epidemiyasının yayılması təhlükəsi ilə izah edib.

5 min nəfərlik aksiyanı “İttifaq və Kommunsit Partiyası Naminə İttifaq”, “Vətən” və “Demokratiya, sosial tərəqqi və ədalət” təşkilatları keçirmək istəyirdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Minsk İcraiyyə Komitəsinin cavabında deyilir ki, ölkədə yaranmış epidemioloji vəziyyətlə bağlı belə bir yürüşün keçirilməsinə icazə verilə bilməz:

“Minsk şəhər icra hakimiyyəti COVID-19 da daxil, kəskin tənəffüs infeksiyalarının profilaktikası və yayılmasının minimallaşdırılması məqsədilə belə kütləvi tədbirlərdən çəkinməyə çağırır”.

Məmurlar bunu da deyirlər ki, hətta bu ənənənin vətəni olan Rusiyada da bu il “Ölməz polk” yürüşü internetdə keçiriləcək.

Minsklilərə də bu təcrübədən istifadə etmək tövsiyə olunur:

“Xatırladırıq ki, Rusiya Federasiyasında builki “Ölməz polk” yürüşü onlayn formatda keçiriləcək və “Ölməz polk evdə” adlanır”.

 

Parad olar, polk yox?

Lakin Belarus hökumətinin 9 mayı parad və nümayişlə qeyd etmək qərarının olduğu halda “Ölməz polk” yürüşünə icazə verilməməsi müəyyən suallar doğurub.

Bundan başqa Belarus çox sayda yoluxmaların olmasına baxmayaraq karantin rejimi tətbiq etməkdən boyun qaçırır.

Prezident Alyaksandr Lukashenka 2019-cu ilin martında gileylənirdi ki, Rusiya “Ölməz polk” ideyasını Belarusdan “çırpışdırıb”.

Lukashenka sual edirdi: “Niyə də biz özümüzün “Belarus unutmur” yürüşümüzü keçirməyək?”

2018-ci ildə Minsk şəhər hakimiyyəti “Ölməz polk” aksiyası üçün icazə istəyənlərə “Belarus unutmur” aksiyasına qatılmağı təklif etmiş, amma sonra aksiyanın keçirilməsinə icazə vermişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button