2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Minsk qrupunun rusiyalı həmsədri separatçıların lideri ilə görüşüb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun verdiyi məlumata görə ATƏT-in Minsk qrupunun həmsədri İqor Xovayev sentyabrın 6-da Yerevanda Dağlıq Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla görüşüb.

Azatutyun yazır ki, Arutyunyan Rusiyalı həmsədrə “Artsaxın (Qarabağ – red) ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsi öhdəliyinə sadiq qaldığını” deyib.

Bu görüş zamanı habelə münaqişə ilə bağlı məsələlər müzakirə edilib və Minsk qrupu həmsədrlərinin regiona qarşıdan gələn səfərinin mühümlüyü vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərdə deyilir ki, Arutyunyan bölgədə Rusiya sülhməramlılarının olmasının vacibliyini bildirib.

Nikol Paşinyanla da görüş olub

Azatutyun xəbər verir ki, sentyabrın 6-da İqor Xovayev habelə Ermənistanın baş naziri və xarici işlər naziri ilə görüşüb.

Baş nazir Nikol Paşinyanın mətbuat xidmətinin verdiyi xəbərdə deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər.

Bu da xəbər verirlir Paşinyan və Xovayev ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Bundan əvvəl Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşmüşdü.

ATƏT-in Minsk qrupunun həmsədri avqustun 30-da Bakıya səfər etmiş və xaricin işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.

Azərbaycan XİN-in məlumatında deyilirdi ki, tərəflər Azərbaycan və Ermənsitan arasında münaqişənin tənzimlənməsini, habelə Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin vəziyyətini və Azərbaycan və Ermənistan arasında etimadyaradıcı tədbirləri müzakirə ediblər.

Xovayev bildirmişdi ki, onun Bakıya səfəri tanışlıq xarakteri daşıyır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Füzuli rayon mərkəzi və bir çox kəndləri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button