2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Minsk Ukraynanı Belarusa hücuma hazırlıqda ittiham edir, Kiyevsə təxribatlara uymamağa çağırır

Rəsmi Minsk Ukraynanı Belarusa hücum hazırlamaqda ittiham edir. Hətta oktyabrın 8-də Ukraynanın səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Notada bildirilir ki, Ukrayna guya Belarus ərazisinə zərbə endirməyə hazırlaşır.

Ukrayna Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq, bu ittihamları Belarus rejiminin eyhamı adlandırıb. Nazirlik məlumatın həqiqətə uyğun olmadığını bildirir və Ukraynanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq heç vaxt xarici ərazilərə təcavüz etmədiyini vurğulayır.

Qurum həmçinin notanın səfirə verilməsinin Rusiya Federasiyasının Ukraynanı daha da nüfuzdan salmaq planının bir hissəsi ola biləcəyini istisna etmir.

Ukrayna Belarus hakimiyyətini “Kremlin şıltaqlıqlarını yerinə yetirməyi dayandırmağa”, Belarus xalqını isə təxribatlara uymamağa çağırır.

Belarusun hazırkı lideri Aleksandr Lukaşenka dəfələrlə bəyan edib ki, Belarus Rusiyanın Ukraynadakı müharibəsində iştirak etmir və iştirak etməyəcək, yalnız qaçqınları və yaralıları qəbul edir.

Lakin Belarus Rusiya qoşunları tərəfindən Ukraynaya müdaxilə üçün tramplin kimi istifadə olunur. Rusiyanın müttəfiqi kimi Belarus müharibə başlayandan sonra ABŞ, Avropa İttifaqı və digər dünya dövlətləri tərəfindən çoxsaylı sanksiyalara məruz qalıb.

Oktyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Milli Qvardiya və Dövlət Sərhəd Xidməti ilə birlikdə Belarusla sərhəddə hərbi təlimlər keçirib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button