Gündəm

“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır”

Loading...

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb: “Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.
 

Oktyabrın 24-da “Azad söz” səhifəsi Neftçala rayon icra hakimiyyətinin baççısı Mirhəsən Seyidovun axşam saatlarında qəza törətdiyini yazıb.

Bildirilir ki, icra başçısı Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi “Toyota Camry” markalı maşınla yol kənarı ilə gedən  kənd sakinini vuraraq  hadisə yerindən qaçıb.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button