2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mirmahmud Mirəlioğlu: “Bunlar hakimiyyət komandasında böyük narahatçılıqların olmasının göstəricisidir”

24saat.org Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.

– Türkiyə polisi Gülən şəbəkəsini ifşa etmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin sahibi olduğu Petkim şirkətdə yoxlamalar və həbslər aparıb. İlkin informasiya budur ki, Petkim şirkətində “Hizmət” xidmətinin çoxlu sayda tərəfdarı çalışıb və onlar həm də şəbəkənin maaliyyələşməsində yaxından iştirak ediblər. Bu fakta münasibətiniz necədir?
– Əgər, bu məsələ ciddi aparılırsa və doğurdan da bunun arxasından ciddi faktlar olarsa, hesab edirəm ki, bu zaman Azərbaycanda daha böyük addımlar atılmalıdır. Yadınızdadırsa, bir neçə il əvvəl xəbər çıxdı ki, Prezident Administrasiyasında şəbəkəyə bağlı kimsə var, eləcədə parlamentdə var və s. Axtarılırsa bu məsələlər Azərbaycanda daha böyük miqyaslı ola bilər. Ancaq yəqin ki, axtarmaq niyyətləri və istəkləri yoxdur.
– Bu şəbəkənin Azərbaycanda imkanları hansı dərəcədədir?
– Azərbaycanda ondan da böyük şəbəkələr var. Azərbaycan hakimiyyəti, müvafiq qurumlar bunu bizdən və oxucularımızdan daha çox bilirlər. Əgər bu məsələ artıq olsaydı, yəqin ki, hərəkət edərdilər. Bir daha qeyd edim ki, Azərbaycanda gülənçilərdən və digərlərindən daha kəskin məsələlər var. Əgər məsələlər fikirləşdiyimiz və dilimizə gətirdiyimiz kimi-burada onlara ciddi nəzarət varsa, bu halda yəqin ki, onlara qarşı addımlar atarlar. Amma Azərbaycanda bir az başqa problemlər var. Məsələn, dini sektalar arasında problemlər var, vəhhabilik var və s. Hətta bildiyim qədər Azərbaycanda vəhhabilik əleyhinə təbliğata qadağa qoymaq var. Bu da, o deməkdir ki, artıq qadağa qoyanların özlərinin strukturlarında vəhhabilər yerləşib.
Azərbaycan hakimiyyətinin yeni Referendum Aktına münasibətiniz necədir?
– Biz müttəfiqlərimizlə birgə bu məsələləri müzakirə edirik. Düzdür, mən son bir həftədə bu işlərin içərisində olmamışam, amma toplantılarımız olub. Şübhəsiz ki, toplantımız olacaq və bu istiqamətdə addımlarımızı atacağıq.
Referendum ölkəmiz üçün nə dərəcədə xeyirli və ya ziyanlıdır?
– Bu Azərbaycan üçün həyati vacib məsələ deyil. Fikrimcə, referendumsuz da keçinə bilərdilər və hətta buna pul və vaxt sərf etməyə də ehtiyac yox idi. Biz belə düşünürük. Lakin konkret maddələr var. Bu sənədi hazırlayıblar. Yəqin ki, bu sənədi təkbaşına hazırlamyıblar və s. Bizdə siyasilər olaraq müvafiq addımları atacağıq.
Milli Şura və Müsavat Partiyası Referendum Aktının əleyhinə təşəbbüs qrupu yaradaraq mübarizə aparacaqlarını elan edib. Siz, KXCP olaraq nə planlayırsınız?
– Bu məsələlərin müəyyən hissəsi bizim tərəfimizdən görülüb. Sadəcə olaraq mən son bir həftə ərzində obyektiv səbəblərdən toplantılara qatılmamışam. Qanuna müvafiq hansı addımlar lazım gələcəksə, biz də bunu atacağıq. Bu gün bizim müttəfiqlərimizlə birgə toplantısı keçiriləcək və bu məsələlər bir daha diqqət mərkəzimizdə olacaq.
Referendum Aktı müxalifət düşərgəsinin birləşməsi, əməkdaşlığı və buna qarşı mübarizə aparmaq baxımından əsas ola bilərmi?
– Birləşmək istəyən, bir yerdə fəaliyyət göstərmək istəyən bəzən bəhanələrdən də istifadə edə bilər. Heç bir yerdə bir-birini görmək istəməyəndə bəhanədən istifadə edir və heç vaxtda birgə olmur. Başqa sözlə, istənilən situasiya vaxtı istənilən məsələdən istifadə etmək olar. Amma bu fürsətçilik kimi olmamalıdır.
Məsələn, AXCP, KXCP, Müsavat, Milli Şura referenduma qarşı birgə fəaliyyət göstərə bilərmi?
– Bu sizin arzularınızdır. Əgər cəmiyyət istəyərsə və sosial sifariş olarsa, bu baş verə bilər. Niyə də olmasın? Təbii ki, partiyalar qərarını verə, addımlar atıla bilər. Nəzərə alın ki, zamanında belə məsələlər olub, göstərilib və hətta bir arada olmayan, bir-birinə zidd siyasət yürüdənlər belə bir arada olmağı bacarıblar. Bu gün də, cəmiyyətin, millətin arzusu və ya Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, şübhəsiz ki, hamı bir arada ola bilər. Yox, əgər belə bir istək olmayacaqsa, bu da faciə olmayacaq.
Müxalifətin dağınız, zəif, bir-birinə qarşı ittihamlarla çıxış etdiyi ortadadır. Bəs hakimiyyətin təklif etdiyi Konstitusiya dəyişiklikləri baş tutacaqsa, bundan sonrakı Azərbaycan necə olacaq?
– Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu müddəalar Azərbaycanda hər şeyin sərtləşəcəyindən xəbər verir. Və həm də narahatçılıqdan, qeyri-müəyyənlikdən xəbər verir. Söhbət həm hakimiyyət komandasının narahatçılığından, həm də işini rahatlamaq və hər şeyi asan şəkildə həll etmək istəyindən xəbər verir. Hərə buna bir cür yanaşır, lakin fakt budur ki, məsələ biz dediyimiz kimidir. Əks təqdirdə, durduğun yerdə qəfildən ortaya Konstitusiya dəyişikliyi layihəsinin çıxarılmasına səbəb nədir? Üstəlik bir dəfə Konstitusiyada iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulan müddəanı aradan qaldırırsan, referendum keçirirsən, indi də qəfildən ikinci dəfə referenduma gedilir. Hər halda bütün bunlar hakimiyyət komandasında böyük müzakirələrin, narahatçılıqların olmasının göstəricisidir və həm də bu təqdim edilən dəyişikliklər narahatlıqları, öz hesablamalarına görə mümkün olacaq gözləntiləri çox asanlıqla həll etmək üçündür. Başqa məsələ deyil. Azərbaycan Konstitusiyası onsuz da qəbul edilən gündən bu yana keçid müddəlarından tutmuş digər maddələrə qədər dəyişikliklərə məruz qalıb. Bu da, həm də indiki siyasi kursun Heydər Əliyev kursuna zidd olduğunu göstərir. Axı, bunlar həmişə deyirlər ki, biz Heydər Əliyev siyasi kursunun layiqli davamçılarıyıq və s. Ancaq sən demə Heydər Əliyevin qəbul etdiyi Konstitusiya belə bunların ümumi işlərini, addım-addım davam etdikləri məsələlərin həllini təmin etmir. Odur ki, bunların fikrincə, Konstitusiyanın təmir edilməsinə ehtiyac yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button