2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mirşahin DANIŞDI: “İnanırıq ki, ayın 15-də ANS açılacaq” – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

24saat.org  xəbər verir ki, məhkəmə ANS-in şikayətini təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev isə bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: “Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq.

Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. Biz dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik.

Yaranmış anlaşılmazlıq, 25 illik tarixi olan kanalın fəaliyyətinin dayandırılması pozitiv deyil. Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var. Biz inanırıq ki, qanunlarla ədalət bərpa olunacaq. Buna inanmasaq bu gün burda olmazdıq. Azərbaycanın müstəqillik yaşı ilə həmyaşıdıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button