Now Reading:
Mirşahinə görə saxlanılan QHT rəhbərinin oğlu sərbəst buraxıldı

Mirşahinə görə saxlanılan QHT rəhbərinin oğlu sərbəst buraxıldı

Mirşahin

QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.

24saat.org xəbər verir ki, bu barədə unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

Məlahət Abbasova bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb.

Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum, dedi ki, “ana, dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işarəsi qoymuşdum, onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar”.

Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur”.

24saat.org qeyd edir ki, əvvəllər ANS televiziyasında vitse-prezident olarn Mirşahin hazırda peyk vasitəsilə yayımlanan REAL TV-nin rəhbəridir. O, müxalif qüvvələrə, xüsusilə də Avropada yaşayan və Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqedə olan azərbaycanlılara qarşı xüsusi aqressiv mövqeyinə görə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

***

24saat.org xəbər verir ki. M.Abbasova sosial şəbəkədəki hesabında oğlunun azad edildiyini yazıb: “Şükür Allaha, oğlum gəldi. Allah bütün günahsız yerə həbs olunanların qapısını açsın, amin. Mənə dəstək olan dostlar, həmişə var olun, mun sifətli “dostlar”, siz də bir az ləyaqətli olun”.

Input your search keywords and press Enter.