2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Mirşahin söyüş söydü: “Bu məlumatı yayanın…”

ANS şirkətlər Qrupunun vitse-prezidenti, Əməkdar jurnalist Mirşahin Ağayev həyat yoldaşı Səbinə Ağayevanın işdən ayrılmasına Publika.az vasitəsilə cavab verib:
“Bu məlumatı yayan hansı…. (etik normadan kənar olduğu üçün qeyd etmirik) təbii ki, sahibinin sifarişini anlamadan icra edir. Səbinə Heydərova və Mirşahin Ağayev Vahid Mustafayevlə bir ailənin üzvüdür. Vahid Mustafayev ANS Şirkətlər Qrupunun prezidentidir. Mirşahin Ağayev də ANS-in baş direktorudur. Onların arasınya yalnız işgüzar münasibətlər yoxdur, həm də uzun illərdir ki, dostdurlar.
ANS-də süni qalmaqallar yaradan və belə qalmaqalların mətbuata çıxmasında maraqlı olan şəxslər ünvanı düz seçməyiblər. Belə məlumatlar, dezinformasiyalar yayan qurumlar məhkəmə qarşısında cavab verəcəklər. Vahid Mustafayevin qərarları müzakirə olunmur, icra edilir”.
Qaldı ki, Səbinə Ağayevanın ANS-dən getməsinə, M.Ağayevin cavabı belə olub: “Səbinə analıq məzunyyətindədir. Uşaqlarla bağlı çətin vəziyyət yaşadığı üçün analıq məzuniyyətini yarımçıq saxladı. Analıq məzuniyyətini başa vurandan sonra ANS-də yenidən işini davam etdirəcək”.
Qeyd edək ki, Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova mart ayından işdən ayrılıb. Bəzi saytların yazdığına görə, onun işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button