Now Reading:
Mirşahinin qardaşının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin məhkəməsi başlayıb.

az24saat.org-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. M.Ağayev elan edilən ittiham üzrə özünü təqsirli bildiyini deyib və ifadə verərək zərərçəkmişlərə dəyən ziyanı ödəyəcəyini vəd edib.

Zərərçəkmişlər də danışaraq pulun ödənilməsini tələb ediblər.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.