2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mirvari Qəhrəmanlı: “Məni təxribata çəkmək istədilər”

24saat.org Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə müsahibəni təqdim edir.

– Mirvari xanım dekabrın 15-də “Azneft” İB-nin Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neftyığım məntəqəsində baş verən qəza nəticəsində 10 nəfər itkin düşüb. İtkin düşən neftçilərlə bağlı son durum necədir?

– Mən bu hadisə baş verəndən dərhal sonra çalışmışam ki, ictimaiyyətin və müvafiq qurumların diqqətini buna cəlb edim ki, növbəti dəfə hadisənin əsas səbəblərindən yayına bilməsinlər. Başqa sözlə, ictimaiyyətə verilən açıqlamalarla heç vaxt razılaşmamışam. Bizim illik hesabatlara əsasən 2010-2015-ci illər arasında 108 neftçi həlak olub. Bunun da 94 nəfəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neftçiləri olub. Bu rəqəm göstərir ki, işə götürən tərəfdən qanunvericiliyin kobud pozulması halı var. Həmçinin, qanunvericiliyi pozan şəxslərin cəzalandırılmaması var. Nəticədə gördüyünüz kimi son yarım ildə iki qəza hadisəsi baş verib. Nərimanov adına Neft Qaz çıxarma İdarəsində 2014-cü ildə də hadisə baş verib. Qanun pozuntusu, alınan vəsaitlərin şəffaf istifadə edilməməsi, təyinatı üzrə xərclənməməsi var.

Saytların yığılması Saytlarin yigilmasi

– Niyə hesab edirsiniz ki, həmin maliyyə təyinatı üzrə xərclənməyib?

– Hər bir işin arxasında nəticə durur. Nəticə onu göstərir ki, Nərimanov adına Neft Qaz çıxarma İdarəsində baş verən bu hadisə vəsaitin düzgün xərclənməməsinə görə olub. Gördüyünüz kimi hadisə 1978-ci ildə tikilən estakadada baş verib. Mən ARDNŞ-də işləyəndə estakadaların tikilməsini görmüşəm. Onların istismar müddəti 30 ildir. Yəni estakada 30 il fəaliyyət göstərdikdən sonra əsaslı təmir edilməlidir. Mən bunları ona görə sadalayıram ki, baş verən faciələr göstərir ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Üstəlik, də bu vəsaitlərə ictimai nəzarət yoxdur. Nəticədə ortada olan qurbanlardır. 2010-2015-ci ildə 94 nəfər neftçi məsuliyyətsizliyin qurbanı olub. Biz hələ 2016-cı illə bağlı hesabatı gələn ay açıqlayacağıq.

– Hazırda neftçilərin axtarış-xilasetmə tədbirləri nədən ibarətdir və bu proseslə bağlı sizi narahat edən məqam varmı?

– Bir qədər əvvələ gedək. 2015-ci ilin dekabrın 4-də iki faciə baş verdi. “Azneft” İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.

2015-ci ildə də sağ qalanların xilasetmə prosesi göstərdi ki, Fövqəladə Hallar Nazirliyi (FHN) təkmil deyil, xilasetmə sahəsində geridə qalır. FHN-nin xilasetmə ilə məşğul olan idarəsinin əməkdaşlarına treninqlər keçirilməlidir. Özü də ölkə daxilində deyil. Onlar xaricdə seminarlarda olmalı, müvafiq sertifikatlar almalıdır. Mən bir neçə dəfə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə əməliyyatlarını müşahidə etmişəm. Onlar çox peşəkardırlar. Gördüyünüz kimi FHN xilasetmə işləri apara bilmədi. Dənizdə batanların əksəriyyəti Türkmənistan sahillərində tapılır. Onların 3 nəfəri təsadüfən bir gəmi ilə rastlaşmışdı. Bu gəmi FHN-ə məxsus deyildi. Mən əvvəlki hadisəni ona görə xatırladıram ki, hər iki hadisə səhərə yaxın baş verib. Bir kəs də deməsin ki, neftçilər yatmış olub. Çünki 10 nəfər köşkdə yata bilməz. Bilirsiniz ki, bu insanlara Daşqın İsgəndərov tərəfindən telefon qadağası qoyulub. Hansı ki, bu, özü də xilasetmə vasitəsi ola bilərdi. Zamanında xəbər verə bilərdi, radiostansiyası işləməyə bilərdi, növbətçi mühəndis sistem var və onlara zəng çatmaya bilərdi. Bütün bunlara nəzərə alaraq işçilərin telefonu alınmamalı idi. Sadəcə olaraq onların informasiya ötürməsindən narahat olurdular, elə bilirdilər ki, mənə informasiyalar işçilər ötürür. Söhbət ondan gedir ki, hadisə baş verən yerə gəmilər gec gəlib. Saat 10.00-da ARDNŞ xəbər yaydı. ARDNŞ-nin özünün gəmiləri yoxdur. Hadisə baş verən kimi ARDNŞ FHN-ə əlaqə saxlayır, sifariş verir, müzakirələr gedir və s. Başqa sözlə, çevik halda insanların xilas edilməsi təşkil edilmədi. İndi mətbuatı neftçilərin qohumları da oxuyur, mən onları başa düşürəm. isti-isti xilasetmə əməliyyatı aparılmadığı üçün neftçilərin sağ qalma ehtimalı artıq sıfırdır.  2015-ci ildə baş verən faciə zamanı xilasetmə-axtarış tədbirləri 2 ay aparıldı. İndi də prezident sərəncamının olmasına baxmayaraq bütün hava, su xilasediciləri prosesə cəlb edilib, ARDNŞ-nin özünün dalğıc idarəsi var. Əslində eskadrada onların nümayəndəsi də olur və onlar xilasetmə ilə məşğul olurlar. Eyni zamanda ARDNŞ-nin Qəza Xidməti var. Bu qədər vasitənin olduğu və xilasetmənin çox pis aparıldığını nəzərə alaraq demək olar ki, bu sahədə vəziyyət çox pisdir. Binəqədi rayonunda olan hadisə (Yanan bina nəzərdə tutulur – red.)də bunu göstərir. Ölkədə xilasetmə səviyyəsi, peşəkarlıq çox aşağıdır.

– Siz daima məlumatları yayırsınız, sonradan bu məlumatlar öz təsdiqini tapır. Buna görə, sizə təzyiq və təsirlər edilirmi?

– Heç bir təzyiq olmur. Ancaq dolayısı ilə təxribata çəkmək istəkləri olur. Səhifəmdə dedilər ki, tətil etmək lazımdır, bəziləri yazdı ki, siz şirvanlılardan nə istəyirsiniz və s. Belə yöndə söz atmalar olur. Ən ağır məsələ də tətil çağırışı ilə bağlıdır. İstədilər ki, məni başqa üsulla təxribata çəksinlər. Ancaq Azərbaycan neft sektorunda tətil çağırışı özü cinayətdir. Çünki bir buruğun saxlanılması və onun reabilitasiyasına milyonlar və vaxt tələb olunur. Ancaq birbaşa hansısa bir qurum tərəfindən təzyiq yoxdur. Mətbuat çox sağ olsun, çünki bu dəfə yaxşı işlədi. Amma bir QHT belə bu sahədə işləmədi. Baxmayaraq ki, insan hüquqları ilə bağlı çoxlu sayda koalisiyalar var. Nədənsə başqa sahələrdə aktiv olanlar bu sahədə susdular. Yəqin ki, vəsait ayrılmadığı üçün onlar susurlar. Ancaq düşünürəm ki, bu sahədə koalisiya, onların ekspertlərinin yardımına böyük ehtiyac var. Yəni mütəxəssis rəyinə ehtiyac var. Sözsüz ki, mən özüm də mütəxəssislərlə işləyirəm.

– Hazırda neftçilərin hüquqlarının qorunması hansı səviyyədədir?

– Neftçilərin hüquqlarının hansı səviyyədə qorunduğu göz önündədir. Hər il biz illik hesabat hazırlayırıq. Hesabatlarda Əmək Məcəlləsinin neft sektorunda pozulması hallarını göstəririk. Həm xarici, həm də milli neft şirkətimizdə ən pis və narahat edən odur ki, işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Elə idarə var ki, işçilərlə 3, 6 ay və ya 1 il müqavilə bağlayırlar. Bu da işçilərin asanlıqla işdən çıxarılmasına xidmət edir. Başqa sözlə, deyilir ki, biz işçiləri ixtisar etmirik, amma həmin qısa müddətli müqavilələri əsas götürərək neftçiləri işsiz qoyurlar.

– 2017-ci ildə neft sektorunda işsizlər ordusu gözlənilirmi?

– Xəzər Dəniz Tikinti İdarəsində artıq ixtisarlar başlayıb. 2017-ci ildə təkcə ARDNŞ deyil, xarici şirkətlərdə də ixtisarlar gedəcək. Bu layihələrin başa çatması ilə bağladır. Şahdəniz-2 layihəsi gedir. Burada hər bir layihə başa çatdıqca orada iştirak edən şirkətlər işlərini başa çatmış hesab edirlər. Bu halda onlar işçilərini işdən çıxarmağa məcburdurlar. Bir var bu yolla işdən çıxarma, ikinci yol isə odur ki, işçilərə ərizə yazdırıb çıxarırlar. Təqaüdçüləri məcburi sürətdə çıxarırlar. Əlbəttə, təqaüdçülər getməli, gənclər işləməlidir. Amma təqaüdçülər həm də bir məktəbdir. Orada elə mütəxəssislər var ki, bəzən şirkət prezidentinin ona ehtiyacı olur. Məsələn, Rəhman Qurbanov hələdə işləyir. Eləcə də Xoşbəxt Yusifzadə. Təqaüdçülər heç olmasa məsləhətçi kimi saxlanıla bilər. Hesab edirəm ki, ARDNŞ-də ixtisarlar gedəcək, nəzərə alın ki, hasilat aşağı düşür.
Nemət

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button