2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mirzoyan Türkiyəyə getdi və dəstək ifadə etdi

Yayımlandı: 15 Fevral 2023 14:59

Mövlud Çavuşoğlu: “Münasibətlərinin normallaşması regionda sülh və rifaha töhfə verəcək”

“Ermənistan bu çətin gündə həmrəylik və əməkdaşlıq nümayiş etdirdi. Ermənistan da zəlzələ zolağındadır. 1988-ci il Spitak zəlzələsi hələ də yaddaşlardadır. Türkiyə o zaman sərhəd qapısından yardım göndərdi. İllər sonra həmin sərhəd qapısından erməni yardımı gəldi. Bu həmrəyliyi davam etdirmək lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri fevralın 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Çavuşoğlu bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması regionda sülh və rifaha töhfə verəcək:

“Bu gün Azərbaycanla danışıqları barədə məlumat aldıq. Bu üç ölkə səmimi addımlar atsa, Cənubi Qafqazda davamlı sülh qura bilərik”.

“Normallaşma üçün atılacaq addımlardan biri də tarixi “İpək Yolu” körpüsünün yenidən qurulmasıdır. İşimiz davam edir, hər iki tərəfin analizləri var. Atılacaq addımları sürətləndirmək üçün razılaşdıq”, – deyə türkiyəli nazir fikrini yekunlaşıdırb.

Ararat Mirzoyan Ermənistan adından bir daha Türkiyə hökumətinə və türk xalqına xoş arzularımı çatdırıb: “Ermənistan hökuməti dəhşətli zəlzələdən dərhal sonra Türkiyəyə humanitar yardım və qruplarını göndərdi”.

“Adıyamana yardım gətirmək üçün 30 ildir ki, bağlı olan sərhəd qapısı fevralın 11-də açılıb. Yardımın ikinci hissəsi tezliklə Adıyamana çatacaq. Bu çətin anda Ermənistanın Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazır olduğunu və istəyini bir daha təsdiqləmək istərdim”, – deyə Mirzoyan vurğulayıb.

1993-cü il aprelin 3-də Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ankara Ermənistanla bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button