Loading...
Loading...
SEÇMƏ

Mişel Əliyevlə Paşinyana zəng edib

Yayımlandı: 30 Avqust 2022 16:31

Ölkə başçılarının Brüssel səfərinin gündəliyi müzakirə olunub

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın və Ermənistanın dövlət başçılarına zəng edib.

Məlumatı “President.az” yayıb.

Bildirilir ki, Şarl Mişel İlham Əliyevlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə ediblər.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, tərəflər avqustun 31-də Brüsseldə keçiriləcək Paşinyan, Mişel və Əliyevin üçtərəfli görüşünə toxunublar.

Paşinyan və Mişel dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib və danışıqların uğurlu olacağına ümid etdiklərini bildiriblər”, – deyə qeyd olunub.

Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.

22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Gözdən qaçırmayın:  Ukrayna ordusunun “Xerson əməliyyatı”na başladığı bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button