2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mişellə görüşün nəticələri: “Tərəflərin iradəsi olarsa…”

Yayımlandı: 1 Sentyabr 2022 15:02

“Yerevan danışıqların imitasiyası ilə məşğuldur”

“Ermənistan hər zaman olduğu kimi ənənələrinə uyğun şəkildə danışıqlar prosesini uzatmaq istəyir. Bu mənada Ermənistan sülh istiqamətində ciddi addım atmır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə 31 avqust Brüssel görüşünü Meydan TV-yə şərh edərkən deyib.

Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirilib.

4 saatlıq görüşdən sonra Şarl Mişel mətbuat üçün açıqlama yayıb.

Mişelin bəyantında deyilirdi ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəliblər: “Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq”.

Asim Mollazadənin sözlərinə görə, Ermənistanı danışıqlar zamanı irəli aparmağa söv edən əsas amil “dəmir yumruq”dur:

“Adi bir misal, 2020-ci ildə 44 günlük müharibədən sonra danışıqlar prosesində vəziyyət dəyişdi. Yaxud Yerevan Laçını və kəndlərini boşaltmağı uzatmaq istəyəndə, yenə “dəmir yumruq” işə düşdü və onlar geri çəkilməyə məcbur oldu”.

Mənbə: Meydan TV

Deputat hesab edir ki, rəsmi Yerevan hazırda danışıqların imitasiyası ilə məşğuldur:

“Həmçinin Ermənistanın arxasındakı qüvvələr də onları bu istiqamətə yönəldir. Təəssüf ki, Yerevan danışıqları əbədi şəkildə uzatmaq istəyir”.

Siyasi şərhçi Anar Məmmədli bu cür formatda təmasları yüksək qiymətləndirib:

“Artıq dördüncü dəfədir ki, Avropa Birliyinin vasitəsiylə belə bir görüş baş tutub. Xalqlar arasında sülhün əldə olunması baxımında ciddi addımdır və bu, davamlı olmalıdır”.

Amma Anar Məmmədli görüşlərin nə dərəcədə funksional olacağını indidən söyləməyin çətin olduğunu deyir:

“Hiss olunur ki, dünənki görüşdə müzakirə olunan məsələlər sürətlə cərayan etmir, hər elementar məsələlənin üzərində uzun müddət dayanılır. İndiyə qədər 4 görüş olub, ancaq sülh sazişinin layihə formasında hazırlanması, yaxud sərhədlərin müəyyənləşməsində ciddi nailiyyətlər yoxdur. Təbii ki, uğurlar var, girovların dəyişdirilməsi, mina xəritələrinin verilməsi… Amma daha artığına nail olmaq mümkündür”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədli hesab edir ki, Rusiyanın bölgədə hərbi-siyasi oyunçu kimi iştirakı zamanında Avropa Birliyinin vasitəçilik etməsi ciddi hadisədir:

“Çünki Avropa Birliyi Rusiyadan fərqli olaraq hər hansı sülh prosesi başlayarsa, maliyyə dəstəyi də göstərməyə hazırdır. Həm də regionun maliyyə dəstəyinə ehtiyacı var. Bütün hallarda skeptik olmasam da, çox ciddi ümidlərim də yoxdur ki, tez bir zamanda ciddi nailiyyət olacaq. Sadəcə, tərəflərin iradəsi olarsa, proses nəticə verəcək”.

31 avqust Brüssel təması ölkə rəhbərlərinin 4-cü görüşüdür. Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button