Bizim tərcümə

Misirdə basketbol oyunu zamanı tribuna çöküb: 27 nəfər yaralanıb

2022-12-25 12:05:08

Misirin paytaxtı Qahirədə Həsən Mustafa İdman Sarayında “Əl-Əhli” və “Əl İttihad İsgəndəriyyə” komandalarının basketbol oyunu zamanı yaranan izdiham səbəbindən tribunalar dağılıb.

Oturacaqların bəzilərinin digər tamaşaçıların üzərinə düşməsi nəticəsində azı 27 nəfər xəsarət alıb. Misir Səhiyyə Nazirliyinin sözçüsü Hossam Abdel-Ghaffar, yaralıların bədənlərində müxtəlif sınıqlar olduğuna görə xəstəxanaya göndərildiyini və vəziyyətlərinin kritik olmadığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Misir İdman Nazirliyinin sözçüsü Mohamed Fawzi bildirib ki, “Al Ittihad Alexandria” komandasının yerləşdiyi tribunada izdiham yaranıb və buna görə də çökmə baş verib.

Hadisədən sonra matç ləğv edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button