2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Misirin sonuncu şahzadəsi və İran kraliçası

Fövziyə Misir şahzadəsidir. İran şahı Məhəmməd Rza Pəhləvi ilə ailə quraraq İran kraliçası tituluna sahib olub.

Onun gözəlliyi o qədər qeyri-adi və parlaq idi ki, məşhur fotoqraf Sesil Biton Fövziyəni “Asiyalı mavi gözlü Venera” adlandırdı. Fövziyə kral sarayından, yüksək tituldan və digər imtiyazlardan imtina edir. Bu imtiyazlar ona doğuşdan verilmişdi. Amma Fövziyə bunlardan imtina etdiyi üçün heç də peşman olmadı.

Həyatı
Şahzadə Fövziyə bin Fuad 1921-ci ilin 5 noyabr tarixində İskəndəriyyənin Ras-əl Tin şəhərində anadan olub. O, Misir və Sudan sultanı I Fuadın ikinci arvadı Nazlı Səbridən olan böyük qızıdır. Fövziyənin üç bacısı və qardaşının da adları F hərfi ilə başlayır: Fayza, Fayka, Fəthiyə və Faruk. Sultanın fikrinə görə F hərfi xoşbəxtlik gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

Fövziyə 17 yaşına çatanda gözəl bir qıza çevrilir.  Onun ulu babalarından biri Napoleona xidmət edən fransız zabitlərindən idi. Sonradan Islam dinini qəbul edən zabit Misirdə yaşayır. Görünür, bu genləri hesabına gənc şahzadə Avropa üz cizgilərinə sahib idi.

Bundan başqa Fövziyə təhsilini İsveçrədə alır və demək olar ki, bütün kral sarayları ilə tanış idi. Görünən o idi ki, onu əsl kral gələcəyi gözləyir. Tezliklə Fövziyə İran şahzadəsi Məhəmməd Rza Pəhləvi ilə ailə həyatı qurur.


Kifayət qədər geridə qalmış ölkə sayılan İrandakı həyat gənc şahzadəni razı salmırdı. Amma bu nikah tamamilə siyasi maraqlar səbəbindən qurulmuşdu. Toya qədər bəy və gəlin cəmi bir dəfə Qahirənin Abdin sarayında görüşürlər. Sonradan Tehranda baş tutacaq ikinci mərasimi gözləmək lazım oldu. Bundan sonra isə cütlük nikah münasibətlərinə daxil olur.

Tehrana 200 çemodanla səfər edən Fövziyənin səfəri çətin sınağa çevrilir. Şahzadə özü ilə 200 paltar, 160 cüt ayaqqabı, 7 xəz palto və kifayət qədər zinət əşyası aparır. Təkcə gəlinlik paltarının qiyməti 10 min funt sterlinq idi.


Növbəti il Fövziyənin qızı dünyaya gəlir. Körpəyə Şahnaz adı verilir.

1941-ci ildə Məhəmməd Rza Pəhləvi İran taxtına oturur və Fövziyə İran kraliçası olur. Tezliklə kraliça “Life” jurnalı üçün fotosesiya edir. Onun fotosu jurnalın üz qapağında peyda olduqdan sonra bütün dünya onu “Asiyalı mavi gözlü Venera” adlandırır və dövrün ən gözəl qadınlarından biri kimi tanıyır.


Doğrusunu desək, cütlük xoşbəxt deyildi. Deyilənlərə görə, kral arvadının vərdişlərindən narazı idi. Fövziyə günortaya qədər yorğan-döşəkdən qalxmır, 2 saat paltar geyinmə mərasiminə vaxt sərf edir, günün qalan hissəsini kart oynayır, ya da avtomobildə gəzintiyə çıxırdı.

1942-ci ildən etibarən Fövziyə əri ilə ayrı  evlərdə yaşamağa başladılar. O, çox nadir hallarda kral ilə gecələyirdi.


Bundan başqa, ərə getdikdən sonra Fövziyə total nəzarətə götürülür. Ona qohumları ilə əlaqə saxlamaq qadağan edilir. Şahzadənin Misirdən gətirdiyi nökərləri və əşyaları geri göndərilir.

Hələ bu da azmış kimi, Rza şah Pəhləvi başqa qadınlarla görüşməyə başlayır. Anonim məktublar vasitəsilə məsələdən xəbərdar olan kraliça ərinə xəyanət edir. 1945-ci ilin sonunda Fövziyə Şərq ölkələri, xüsusən də kral ailələri üçün gözlənilməyən addım atır. Kraliça boşanmaq üçün ərizə verir və Misirə qayıdır.


Şah 1948-ci ildə onunla boşanmağa razılıq verir və kraliçanı xəyanətdə günahlandırır. Bu zaman şah öz əməlləri barədə susmağa üstünlük verir. İranda şahın boşanmasına rəsmi səbəb kimi kraliçanın Pəhləviyə vəliəhd doğa bilməməsi göstərildi. Fövziyə 8 yaşlı qızını ərinin ailəsində qoymaq məcburiyyətində qaldı.


Boşandıqdan beş ay sonra Fövziyə Misir ordusunun polkovniki İsmayıl Şirinə ərə gedir. İsmayıl Şirin onun qardaşı Farukun sevimli dostlarından birinin qardaşı oğlu idi. Artıq bu dövrdə Faruk Misir taxtında əyləşmişdi. Fövziyə bir müddət qayğısız və gözəl həyat sürür.

Amma 1952-ci ildə baş verən Misir inqilabı nəticəsində general Abdel Nasser hakimiyyətə gəlir. Kral ölkədən qaçır. Amma onun bacısı ailəsi ilə birlikdə vətəndə qalmağı üstün tutur. Fövziyyə artıq bütün titul və üstünlüklərdən məhrum edilmişdi.


Bir dəfə Misir prezidenti Ənvər Sədat Fövziyəni görüşə çağırır. Görüş vaxtı sonuncu Misir şahzadəsi deyir: “Ömrümdə iki dəfə tacımı itirmək məcburiyyətində qaldım. Birinci dəfə İran kraliçası olanda, ikinci dəfə isə vətənimdə, şahzadə titulunu itirdim. Vacib deyil. İndi hər şey keçmişdə qalıb”.

Fövziyə həqiqətən də peşmanlıq hissi keçirmirdi. Onun ikinci nikahı uğurlu idi və cütlük xoşbəxt idi. Fövziyə əri ilə 45 il bir yerdə yaşayır.

Bu nikahdan onun iki övladı dünyaya gəlir. Misirdə yerli xalq Fövziyəyə böyük hörmət və sevgi göstərir, onu şahzadə adlandırırdı.

Misirin sonuncu şahzadəsi 2013-cü ildə 91 yaşında dünyasını dəyişir…

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button