Bizim tərcümə

Mitsotakisdən Türkiyəyə mesaj: Yunanıstan qonşu ölkə kimi üzərinə düşəni edəcək!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-16 16:55:16

class=”medianet-inline-adv”>

Dünyanın gözü, qulağı günlərdir zəlzələ bölgəsindən xəbərlərdə…

Saytların yığılması Saytlarin yigilmasi

Dağıntılar altında qalanları xilas etmək üçün mütəxəssis qrupların zamana qarşı mübarizəsi sürətini azaltmadan davam edir.

İkiqat zəlzələdən sonra onlarla ölkə Türkiyəyə yardıma qaçdı.

Münasibətlərin gərgin olduğu Yunanıstanın axtarış-xilasetmə qrupu Türkiyəyə çatan ilk konvoylardan biri olarkən, qonşudan bir sıra yardım addımları gəldi.

Türkiyədə işləri bitən Yunanıstan axtarış-xilasetmə qrupları alqışlarla ölkələrinə yola salınarkən, Miçotakisdən ikitərəfli əlaqələrlə bağlı yeni açıqlamalar gəldi.

Mitsotakis zəlzələlərdən sonra ikitərəfli münasibətlərdəki müsbət atmosferin Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun ikitərəfli münasibətlərdə irəliləyiş ola biləcəyi ilə bağlı açıqlamalarına diqqət çəkdiyini bildirən Yunanıstanın Baş naziri açıqlamasında bu ifadələrə yer verdi;

class=”medianet-inline-adv”>

‘Bizim fikir ayrılıqlarımız var. Bunlar beynəlxalq hüquq əsasında və mehriban qonşuluq münasibətlərinə hörmətlə həll edilə bilər. Nəhayət, mən bu faciənin nümayiş etdirdiyi kimi, xalqlarımız arasındakı emosional bağa inanıram. Mən həqiqətən inanıram ki, bəlkə bu dramdan Türkiyə-Yunanıstan münasibətləri üçün daha yaxşı bir şey çıxa bilər”.

Yunan xalqının türk xalqına dəstəyini davam etdirəcəyinə inandığını ifadə edən Miçotakis, Yunanıstanın zəlzələdən zərər çəkmiş bölgələrin yenidən qurulması səylərində qonşu ölkə olaraq üzərinə düşən vəzifəni oynayacağını da vurğuladı.

BU VİDEO MARAQLI OLA BİLƏR

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada israilli həmkarı Eli Koen ilə birgə mətbuat konfransı keçirib.

daha çox videolar üçün

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button