2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mixail Saakaşvili: “Ukraynaya Rusiya ilə müharibədə tam qalib gəlmək üçün on ay vaxt lazımdır”

Yayımlandı: 10 Avqust 2022 14:09

Gürcüstanın keçmiş prezidenti Ukrayna hərbi rəhbərliyinin işini təqdir edir

“Ən bədbin ssenariyə görə, Ukraynaya Rusiya ilə müharibədə tam qalib gəlmək üçün on ay vaxt lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili avqustun 10-da öz “Facebook” səhifəsindən yayıb.

M.Saakaşvilinin sözlərinə görə, Ukrayna ordusu Moskvanın 3000-3500 tankını məhv etməlidir ki, Rusiya ordusunun “hücum potensialı tamamilə söndürülsün”.

“Əgər bu temp davam edərsə, 240-300 gün çəkəcək, ona görə də hər keçən gün düşmənə qarşı işləyir”,-Saakaşvili belə yazır.

O, Ukrayna hərbi rəhbərliyinin işini təqdir edib:

“Ukrayna hərbi rəhbərliyi düzgün iş görür, tələsmir və buna görə də döyüş meydanında az səhvə yol verir”.

Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və bundan sonra saxlanılıb.

Eks-prezident Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı səs-küylü işdə və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm M.Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

O, ittihamları qəbul etmir və özünü “siyasi məhbus” adlandırır.

Gürcüstanın üçüncü prezidenti hazırda iki aclıq aksiyasından sonra Rustavi həbsxanasından köçürüldüyü Tbilisidəki “Vivamed” klinikasında qalır.

Onun oğlu Eduard Saakaşvili bu yaxınlarda jurnalistlərə deyib ki, atası artıq özünü Gürcüstan siyasətində görmür və bütün diqqətini Ukraynadakı vəziyyətə yönəldib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button