2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

MM “Prokurorluq haqqında” qanuna dəyişikliyi qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 44-cü maddəsinə edilən dəyişiklikdə bildirilir ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, İcra hakimiyyəti Azərbaycan Prezidentinə mənsubdur, Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, “Prokurorluq haqqında” qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu” (GRECO) “Prokurorluq haqqında qanunun bu müddəalarını nəzərə alaraq belə bir dəyişikliyi təklif edir. Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Saytların yığılması Saytlarin yigilmasi

Layihə səsə qoyularaq qəbul olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button