2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

MMX-nın sistemə vurulma qaydası, vaxtı və şikayət müddəti

Sürücülərin ən çox şikayət və sualları MMX radarlar haqqında olur. Daha çox MMX radarın sistemə vurulma qaydası , vaxtı və şikayət müddətini soruşurlar.

Qaydalara uyğun olaraq, məhz bundan danışacayıq. Gəlin, ilk olaraq radarın sistemə vurulmasına aydınlıq gətirək. Bu məsələ İnzibati xətalar məcəlləsinin 38.6-cı maddəsində öz əksini tapıb.

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu nə deməkdir ? Yəni, əgər siz qayda pozursunuzs, bu qayda pozuntusu kamera vasitəsi ilə qeydə alınırsa, o mütləq 1 gün ərzində sistemdə yerləşdirilməlidir. 1 gündən sonra elektron kabinetinizdə görünməyəcəksə, demək bu qayda pozuntusu haqqında tədbir görülməsi düzgün deyil. Əslində, mən bunun tərəfdarı deyiləm. Axı qırmızı işıqda keçməyə görə tərtib edilmiş protokol, 1 gündən sonra sistemə yerləşdirilməyəndə qırmızı işıq qayda pozuntusu qüvvədən düşmür. Və bu qayda pozan şəxsdə rahatlıq və daha çox qayda pozmaq motivasiyası yaradır. Amma hələlik qanun belədir. Qanun pozuntusu 1 gün ərzin sistemə yerləşdirilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

İnzibati xətalar məcəllləsinin 122-ci maddəsinə əsasən mmx sizin qayda pozuntunuzu qeydə aldıqdan sonra, ya sizin qeydiyyatda olduğunuz və ya avtomobilə verilmiş sonuncu etibarnaməsi olan şəxsin qeydiyyatda olan ünvanına qərar şəklində göndərilməlidir. Əsas problemlər bu zaman yaranır. Avtomobil qeydiyyatda başqa ünvanda, sürüc tam başqa, etibarnaməsi olan isə ayrı bir ünvanda qeydiyyatda olurlar. Radardan xəbərdar olmaq üçün mütləq elektron kabinetinizi yaradın və orada hər həftə sənədin sistemdə olub-olmamasını yoxlayın. Yoxlamadığınız təqdirdə problem yaşayacaqsınız.

Bəzən sürücülər yolda saxlanılaraq radara düşməklə bağlı DYP-dən protokol yazılma cəhdi haqqında suallar verirlər. Sualın cavabı inzibati xətalar məcəlləsində var.

122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.

Bəs cəriməni nə zaman ödəmək öhdəliyi yaranır ?

122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər.

Bu maddələrə əsasən, qərar elektron kabinetdə yerləşdirilir, sms göndərilir, mail ünvanəına bilidiriş çatdırılır və nəhayət kağız daşıyıcıda çap edilərək ünvana göndərildikdən sonra, ödəmək öhdəliyi yaranır.

125.8. İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

Lakin, axı hələ şikayət etmək müddəyi də var. Əvvəllər qərardan şikatyət etmək müddəti 10 gün idi. İndi isə qanunda bu müddət bir az da uzadıldı.

126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.

Ən əsası, qayda pozmayın ki, bu cür mürəkkəb xəbərdarlıq sistemində başınızı itirməyəsiniz.

 

Avtostop.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button