Xəbərlər

MN: Azərbaycan Ordusunun zabiti yaralanıb

Ermənistan tərəf Azərbaycanı günahlandırıb

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğu bildirilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb:

“Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib, ancaq atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu qeyd edib.

Arazdəyən icmasının rəhbərinin yaralandığı bildirilir.


24 saat” “MN: Azərbaycan Ordusunun zabiti yaralanıb” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button