2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

MN: Azərbaycan ordusunun Kəlbəcər və Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

Azərbaycanın Müdafiə Nazirliyi yenidən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini atəşə tutduğu barədə məlumat yayıb.

Bazar günü-noyabrın 14-də yayılan məlumatda qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqeləri müxtəlif növ silahlardan atəşə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub”.

Hələki bu xəbərə Ermənistanın müdafiə nazirliyindən hər hansı açıqlama verilməyib.

Bundan başqa nazirlik həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən də Azərbaycan ordusunun mövqelərinə atəş açıldığını bildirir.

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub”.

Məlumatda vurğulanır ki, “qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb”.

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır- MN xəbərində deyilir.

Bu və noyabrın 13-də Şuşa yaxınlığındakı Azərbaycan əsgərlərinə qumbara atılması ilə bağlı xəbərlərə bölgədə atəşkəsə cavabdeh olan Rusiya sülhməramlıları hər hansı bir mövqeyi səsləndirməyib.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button