2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MN: Ermənistan yenə Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadəyə cəhd edib

Yayımlandı: 7 Mart 2023 19:47

Ermənistan yoldan hərbi məqsədlərlə istifadəni təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi (MN) iddia edir ki, Ermənistan Silahlı Qüvvələri Xankəndi-Xəlfəli-Turşsu yolundan yenidən istifadəyə cəhd edib.
MN bildirir ki, bu, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Üstəlik, hadisə Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə baş tutub. Növbəti dəfə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə istifadə edib”.

MN bu hadisənin Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alındığını söyləyir.

Ermənistan isə yoldan hərbi məqsədlərlə istifadəni təkzib edir. Daha öncə də bu barədə açıqlama verərək bildirmişdilər ki, Azərbaycan tərəf martın 5-də polis avtomobilinə atəş açıb. Nəticədə üç polis həlak olub, bir nəfər isə yaralanıb.

Həmin gün qarşılıqlı atışma nəticəsində həmçinin Azərbaycan ordusunun da iki əsgəri həlak olub, bir nəfər isə yaralanmışdı.

MN martın 7-də yaydığı məlumatda həmçinin bildirir ki, gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib:

“Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.
Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır”.

Nazirlik bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır:

“Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”.

Martın 5-də Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atışma yaşanıb. Nəticədə hər iki tərəfdən 5 nəfər həlak olub, 2 nəfər yaralanıb. Tərəflə atəşkəsin pozulmasında bir-birlərini günahlandırıblar.
2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button