2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mobil rabitə operatoru “Azerfon” fəaliyyətini dayandırır?

“Bakcell”in “Azerfon”u satın alması barədə xəbərə “Azerfon” şirkətindən rəsmi münasibət bildirilib.

24saat.org Marja-nın sorğusuna cavab olaraq “Azerfon” MMC-nin mətbuat xidmətindən göndərilən məlumatda deyilir:

“Bu məlumat şayiədir və biz şayiələrə heç bir şərh vermirik.

Saytların yığılması Saytlarin yigilmasi

O ki qaldı cari vəziyyətə, “Azerfon” və “Bakcell” şirkətləri müstəqil fəaliyyət göstərir və öz xidmətlərini abunəçilərinə təqdim edirlər.

Qlobal tendensiyalar və bir çox ölkələrin təcrübəsinə uyğun olaraq, hər iki operator baza stansiyalarının müştərək istismarı və müvafiq texniki xidmətlərin inteqrasiyası vasitəsilə xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində çalışırlar.

Qlobal səviyyədə müşahidə olunan iqtisadi resessiya şəraitində və abunəçilərinin daha yaxşı xidmətlərdən yararlanması üçün mobil operatorlar öz fəaliyyətlərində davamlı təkmilləşdirməni təmin etmək məqsədilə yeni modellər tətbiq edirlər.

Carı proses nəticəsində hər iki mobil operator öz abunəçilərini yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün şəbəkənin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button