2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mobil telefon bir neçə saniyəyə enerji yığacaq

ABŞ-ın Florida Universitetinin alimləri super-kondensatorun prototipini hazırlayıb. Novator.az-ın məlumatına görə, yeni texnoloji prosesin köməyi ilə sürətli enerji yığan yüksək tutumlu batareyalar yaratmağın mümkün olacağı açıqlanıb. Qeyd olunur ki, yeni batareyalar enerjini adi litium-ion elementindən 20 dəfə çox saxlaya biləcək.

Florida Universitetinin əməkdaşı Nitin Çudxari bildirib ki, yeni ixtiranın köməyi ilə mobil telefonlar bir neçə saniyə ərzində enerji yığacaq və bir həftə ərzində telefonu doldurmaq lazım gəlməyəcək.

Mütəxəssisin sözlərinə görə, hazırda istifadə olunan litium-ion akkumulyator batareyalarını 1500 dəfə enerji ilə doldurmaq olur. Sonra onların istifadə dövrü bitir və batareyalar zəifləyir. Yeni prosesin yaradıcıları bildirirlər ki, onların ixtira etdikləri super-kondensator hətta 30 min dəfə tam enerji yığdıqdan sonra da deqradasiyaya uğramayacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button