AZ24SAAT.ORG

Now Reading:
Mobil telefonların qeydiyyatı ilə bağlı qaydaya dəyişiklik edildi

Mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.

Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı növbəti dəyişiklik barədə qərar qəbul edib.

24saat.org xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.

Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.

Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.

Qeyd edək ki, bir müddət öncə mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri açıqlanıb. “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat rüsum ödənilir.

Qeyd edək ki, indiyədək bazar qiymətindən asılı olmayaraq, mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.