2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Möhsün Səmədova qarşı təzyiqlər durdurulsun!''

Müdafiə Komitəsi İslam Partiyasının həbsdə olan sədri ilə bağlı bəyanat yaydı

Saytların yığılması Saytlarin yigilmasi

Martın 28-də Azərbaycan Ziyalılar Birliyinin ofisində Günahsız Həbs Edilmiş İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin toplantısı olub.

Tədbirə toplaşanlar siyasi məhbus, Azərbaycan İslam Partiyasının hazırda həbsdə olan sədri və lideri doktor Hacı Möhsün Səmədovun hüquqlarının kobud şəkildə pozulmasına etiraz ediblər.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev deyib ki, ölkədə inanclı şəxslərə, eyni zamanda bütün haqqını tələb edənlərə qarşı aqressiv münasibət var. O, Möhsün Səmədova qarşı son günlər ardıcıl baş verən hüquq pozuntusundan danışıb. Deyib ki, dəfələrlə karsa salınan Möhsün Səmədov bugünlərdə yenidən iki aylıq karsa salınıb. E.Quliyev islam ölkələrinin bu duruma səssiz qalmasından, həbs olunanları müdafiə etməməsindən gileylənib.

Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərakatının sədri Rövşən Əhmədli isə ölkədə olan siyasi məhbusların bölgüsündən danışıb: “Bu gün Azəərbaycanda hicab məhbusu, namaz məhbusu, işıq məhbusu, “facebook” məhbusu, bir sözlə, hər növdə məhbus var. Sosial, siyasi, ictimai, dini məhbuslar hüququ kobud şəkildə pozulmuş insanlardır.

Bu gün doktor Möhsün Səmədovu bütün dünya siyasi məhbus kimi tanıyır. Bugünlərdə Möhsün Səmədov yenidən iki aylıq karsa salınıb. Səbəb isə onun qonşu kamerada məhbusa verilən işgəncəyə etiraz etməsi olub. Qonşu kameradakı məhbusa elə işgəncə verilirmiş ki, qışqırtısı bütün həbsxanaya yayılıb”.

Sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev Azərbaycanda ictimai-siyasi durumun arzu edilən vəziyyətdə olmadığını söyləyib. Deyib ki, təzyiqlər və repressiya həm inanclı kəsimə, həm də digər fəallara və vətəndaşlara qarşı baş verir: “Problemlərin aradan qaldırılması üçün cəmiyyətin birgə fəaliyyət göstərməsi zəruridir. Lakin son vaxtlar ölkənin ruhanilərinə qarşı baş qaldıran repressiya xüsusilə geniş vüsət alıb”.

Hüquq müdafiəçisi Namizəd Səfərov isə ölkədə ümumi vəziyyətin acınacaqlı olduğunu söyləyib: “Azərbaycanda elə bir təbəqə yoxdur ki, represiyaya məruz qalmasın. Din xadimləri, siyasətçilər, sözünü deməyi bacaran adi insanlar, hətta haqqını istəyən tələbələr də hakimiyyətin repressiya maşınının qurbanına çevrilirlər.

M.Səmədova qarşı yönələn təzyiqlər bunu bir daha sübuta yetirir. Ona görə də biz ictimaiyyətin diqqətini bu məsələlərə yönəltməli və birgə mübarizə aparmalı, eləcə də beynəlxalq təşkilatlara hakimiyyətin özbaşınalıqları ilə bağlı dolğun məlumatlar çatdırmalıyıq”.

Hüquq müdafiəçisi Oqtay Güləliyev Azərbaycan hökumətinə qarşı beynəlxalq səviyyədə təpkilərin artdığını vurğulayıb. Onu da qeyd edib ki, beynəlxalq təşkilatlardan fərqli olaraq, İslam ölkələri, müsəlmanlardan ibarət təşkilatlar bu həbslərə biganə qalır. Hüquq müdafiəçisi Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamına da diqqət çəkib. Deyib ki, ağır cinayət törədən şəxslər azadlığa buraxılsa da, Qarabağ qazisi Asif Yusifli, eləcə də gənc fəal İlkin Rüstəmzadə hələ də həbsdədir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı isə deyib ki, AXCP-nin də 11 nəfər siyasi məhbus və hakimiyyət tərəfindən təqib olunan onlarla üzvünün olmasına baxmayaraq, bütünlükdə ölkədəki siyasi represiyaya qarşı döyüşürlər.

Sonra komitənin bəyanatı səsləndirilib. Bəyanatda deyilir ki, günahsız insanların saxta ittihamlarla həbs olunaraq işgəncələrə məruz qalması ölkədə artıq adi hala çevrilməkdədir:

“Bu həbs və işgəncələrin davamlı surətdə daha çox inanclı topluma, dindarlara, ruhanilərə tətbiq olunması ölkə və dünya ictimaiyyətinin haqlı narazılıq və hiddətinə səbəb olub. Son aylarda siyasi məhbus, AİP sədri və lideri doktor Hacı Möhsün Səmədova qarşı 12 saylı Cəzaçəkmə Müəssisəsində tətbiq olunan işgəncə faktları, müxtəlif bəhanələrlə uzunmüddətli cərim kamerasına salınması onun fiziki məhvinə yönəlik qanunsuz hərəkətlərdir. Siyasi məhbus olaraq doktor Səmədov haqsızlığa qarşı apardığı mübarizəsinə görə, azadlıqdan məhrum edilsə də, onun insan haqq və hüquqlarına təcavüz olunaraq işgəncələrə məruz qalması yolverilməzdir. Eyni zamanda siyasi məhbus, Real sədri İlqar Məmmədovla bağlı həyata keçirilən qanunsuz işgəncə faktları, namaz məhbusu Şeyx Hacı Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) həbs müddətinin əsassız olaraq uzadılması, digər siyasi və vicdan məhbuslarına qarşı sağlamlıqlarının itirilməsinə yönəlik işgəncə faktları yolverilməzdir. Bu qanunsuz həbs və işgəncələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna, dövlətçilik maraqlarımıza ciddi zərbə vurmaqla yanaşı ölkədaxilində də arzuolunmaz qarşıdurmalara yol açır. Biz ölkədə baş verən qanunsuz həbs və işgəncələrə qətiyyətlə etiraz edir, bu kimi hallara son qoyulmasını tələb edirik”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button