Bizim tərcümə

Möhtəşəm qərar! İsveç “feminist xarici siyasətdən” imtina etdi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 10:01:49

Billstrom əlavə edib ki, gender bərabərliyi üçün çalışmaya davam edəcəklər. Billstrom əlavə edib ki, gender bərabərliyi üçün çalışmaya davam edəcəklər.

İsveçdə sağ hökumət hakimiyyətə gəlməzdən əvvəl uzun illər hakimiyyətdə olan sol hökumət bu siyasətə 2014-cü ildə başlamış və gender bərabərliyini digər ölkələrlə münasibətlərinin mərkəzinə qoyan ilk ölkə olmuşdur.
Bu siyasəti tənqid edənlər də olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Gender bərabərliyi İsveç və onun hökuməti üçün açar olsa da, biz artıq feminist xarici siyasət yürütməyəcəyik” dedi Billstrom. Çünki bəzi əşyaların üzərindəki etiketlər onların məzmununu görünməz edə bilər”.

Bu siyasəti həyata keçirən keçmiş xarici işlər naziri Margot Wallstrom bildirib ki, siyasətin əsasını qadınların hüquqları, təmsil olunması və resurslara çıxışı təşkil edir.

Digər tərəfdən, feminist xarici siyasəti dəstəklədiyini deyən yeni sağçı hökumətin Gender Bərabərliyi naziri Paulina Brandberdg, “Vəzifədə olduğum müddətdə hökumətin siyasətlərinin feminist olmasını təmin edəcəyəm” dedi.

Sentyabrın 11-də keçirilən seçkidə Sosial Demokratlar qalib gəlsə də, illərdir İsveçi idarə edən solçu koalisiya parlamentdəki çoxluğunu 3 yerlə itirib.

Cümə günü sağ mərkəzçi, xristian-demokrat və liberal partiyalar ifrat sağçı İsveç Demokratları tərəfindən xaricdən dəstəklənən azlıq hökuməti qurdular.

Seçkilərdə təxminən 20 faiz səslə ikinci olan ifrat sağçılar immiqrasiya və məhkəmə məsələlərində tələbləri yerinə yetirildiyi müddətcə hökuməti dəstəkləyəcəklərini açıqlayıblar.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button