2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moldova prezidentinin qəzaya düşdüyü an – VİDEO

Moldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.

Videodan yük maşınının qarşı yola çıxdığı, ardınca isə nəqliyyat vasitəsinin dövlət başçısının olduğu avtomobilə çırpıldığı və nəticədə onu yoldan kənara atdığı görünür.

Saytların yığılması Saytlarin yigilmasi

Qəza Straşenı – Kalaraş yolunda baş verib. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib (Report).

Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğraması zamanı anası və oğlu xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Milli Polisi məlumat yayıb.

Onların sağlıq durumları barədə rəsmi məlumat verilmir.

Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb.

Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button