2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moldovada fövqəladə vəziyyət 60 gün uzadılır

Fövqəladə vəziyyət avqustun 8-dən oktyabrın 8-cən uzadılır

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 28-də Moldova parlamenti fövqəladə vəziyyətin 60 günlüyə uzadılmasına səs verib. Hökumət Rusiyanın Ukraynaya hücumunun nəticələrini aradan qaldırmaq üçün xüsusi səlahiyyətə ehtiyacı olduğunu bildirib.

Baş nazir Nataliya Qavrilita deputatlara deyib ki, enerji və sərhəd təhlükəsizliyinə risklər qalır, Ukraynadan qaçqın axını idarə olunmalıdır.

Sərhədi 500 min qaçqın keçib

“Ukraynadakı müharibənin Moldovaya yaratdığı risklər yüksəkdir. Hökumətə əlavə səlahiyyət lazımdır”, – baş nazir söyləyib.

Fövqəladə vəziyyət avqustun 8-dən oktyabrın 8-cən uzadılır.

Rusiya fevralda Ukraynanı işğal etməyə başlayandan sərhədi 500 minədək qaçqın keçib. Hazırda Moldovada 100 minədək qaçqın qalır.

İşğal başlayandan iki gün sonra Moldova parlamenti ölkədə müvəqqəti fövqəladə vəziyyət elan edib. Bu tədbirin müddəti apreldə və iyunda uzadılıb.

Koronavirusa yoluxmalar artır

Moldovanın İctimai Səhiyyə Komissiyası isə iyulun 26-də əhaliyə təkcə tibb ocaqlarında deyil, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və mağazalarda koronavirusa qarşı maska taxmağı tövsiyə edib. Son həftələr COVID-19-a yoluxmalar artdığından belə bir tövsiyə irəli sürülüb.

Komissiya həmçinin koronovirusun yayılmasını önləmək üçün ehtiyat tədbirləri görməyi, o cümlədən peyvənd olunmağı, yoluxma halında özünü təcridi tövsiyə edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, iyulun 18-dən 27-cən COVID-19-a 5 min 800-ə yaxın yoluxma qeydə alınıb. Bu, ötən həftəylə müqayisədə 72.7 faiz çoxdur.

24 saat” “
Moldovada fövqəladə vəziyyət 60 gün uzadılır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button