2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Moldovanın keçmiş prezidenti saxlanılıb

Dodon “vətənə xəyanət”də şübhəli bilinir

Moldovanın keçmiş prezidenti İqor Dodon mayın 24-də “dövlətə xəyanət” maddəsi ilə açılmış cinayət işi üzrə 72 saat həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Moldova Baş Prokurorluğunun mətbuat katibi Marianna Korpek bildirib.

Eyni zamanda, Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və İnformasiya və Təhlükəsizlik Xidməti İ.Dodonun evində, həmçinin daha 11 binada korrupsiya və qanunsuz varlanma ittihamı ilə axtarış aparıb.

Məlumatda Dodonun “vətənə xəyanət”də şübhəli bilindiyi də vurğulanıb.

Mayın 18-də Moldova Baş Prokurorluğu Dodona qarşı cinayət işi açıb.

O, moldovalı oliqarx Vladimir Plaxotnyukdan rüşvət almaqda şübhəli bilinirdi.

Buna səbəb 2019-cu ildə çəkilmiş videolar olub.

2016-2020-ci illərdə Moldovanın Prezidenti olan İ.Dodon hazırda Sosialistlər Partiyasının sədridir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button