2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moldovanın qərbyönlü prezidenti parlamenti buraxa bilər

Moldovanın Konstitusiya Məhkəməsi ölkənin qərbyönümlü prezidenti Maya Sanduya parlamenti buraxmaq icazəsi verib.

Bu, Moldovada erkən seçkinin keçirilməsi deməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Konstitusiya Məhkəməsinin sədri Domnika Manole aprelin 15-də deyib ki, qərar qətidir və ondan şikayət verilə bilməz.

Prezident Sandu moskvayönlü sosialistlərin çoxluğa malik olduğu parlamenti onun islahat gündəliyinə qarşı təxribatda ittiham edir.

O parlamentin tərkibini işlək vəziyyətə gətirmək üçün erkən seçkilərin keçirilməsinə çalışır.

Ötən mart ayında Sandu parlamentin buraxılması və erkən seçkinin keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Bundan əvvəl parlamentdəki sosialistlər prezidentin baş nazir vəzifəsinə iki nominasiyasını bloklamışdılar.

Ölkə konstitusiyasına görə belə siyasi böhran şəraitində prezident parlamentin buraxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Siyasi böhran 45 gün ərzində baş nazir vəzifəsinə heç kimin təyin edilməməsinə görə yaranmışdı.

Moskvayönlülər və avropayönlülər

Sosialist Partiyasının başçısı və keçmiş moskvayönlü prezident İqor Dodon bundan əvvəl demişdi ki, onun partiyası erkən seçkinin qarşısını almaq üçün “bütün mümkün hüquqi vasitələrdən” istifadə edəcək.

O bunu koronavirus pandemiyası şəraitində seçki keçirlməsinin guya məqsədəuyğun olmadığı ilə izah edir.

ABŞ-da təhsil almış prezident Sandu bir müddət Dünya Bankınınn müşaviri olub.

2020-ci il seçkisində Dodona qalib gələn Sandu korrupsiyaya qarşı mübarizə aparacağını və ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini möhkəmləndirəcəyini vəd edib.

3.5 milyonluq əhalisi olan Moldova Avropanın ən yoxsul ölkələrindən biridir.

Ölkə siyasətçiləri Rusiyaya meyllilərlə avropayönlülərə bölünüb.

Avropayönlülər Moldova və ona mədəniyyəti və dili ilə yaxın Rumıniya arasında daha sıx əlaqələrə can atırlar.

Rusiya 1990-cı illərdən bəri bu ölkədə silah anbarını qorumaq bəhanəsi ilə qoşun saxlayır.

Moldova Rusiya qoşunlarının ölkədən çıxarılması üçün dəfələrlə BMT-yə müraciət edib.

24 saat” “Moldovanın qərbyönlü prezidenti parlamenti buraxa bilər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button