2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Monteneqro NATO üzvlüyü haqda sazişi ratifikasiya edib

Monteneqro parlamenti NATO üzvlüyü haqda sazişi ratifikasiya edib və Qərbə doğru tarixi addım atmış olub. Çünki ölkənin rusiyapərəst müxalifəti və ənənəvi müttəfiqi olan Rusiya bu üzvlüyə qarşı çıxırdı.

Aprelin 28-də deputatlar 46-0 səs çoxluğuyla üzvlük sazişini ratifikasiya ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

81 yerlik parlamentin müxalifətdən olan üzvləri iclası boykot edib.

Buna da bax: ABŞ Senatı Monteneqronun NATO üzvlüyünə razılıq verdi

Baş nazir Dusko Markovic parlamentdə deyib ki, NATO üzvlüyü Monteneqronun gələcək təhlükəsizliyinə, iqtisadi inkişafına, regional sabitliyə zəmanət verəcək.

Müxalifətin bir neçə yüz tərəfdarı parlament binası qarşısına toplaşaraq, “Xəyanət!”, “Oğrular” şüarlarını səsləndiriblər.

Buna da bax: Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

Rusiya da Monteneqronun bu addımını qəzəblə qarşılayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button