2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Monteneqronun baş naziri Trampın onu “itələməsindən inciməyib” VİDEO

Monteneqronun baş naziri Duşko Markoviç bildirib ki, NATO sammitində kollektiv şəkilçəkdirmə mərasimi zamanı ABŞ prezidenti Donald Trump tərəfindən necə itələndiyini heç hiss də etməyib.

Trump-ın, Monteneqro baş nazirini itələdiyini əks tedirən video internetdə sürətlə yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Heç hiss də etmədim. Yalnız sosial şəbəkələrin buna reaksiyasını gördüm. Heç bir nigarançılıq olmayıb”, – Markoviç jurnalistlərə bildirirb, AP xəbər verir.

 

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “http://connect.facebook.net/sv_SE/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

Brüsseldə keçirilən NATO sammitində Trampdan Çernoqoriyanın baş nazirinə qarşı gözlənilməz hərəkət

Publicerat av Azadlıq Qəzeti den 25 maj 2017

Mediada yayılan kadrlarda görünür ki, NATO sammiti qonaqlarının arasından önə keçərkən, Donald Trump Monteneqro-nun baş naziri Duşko Markoviçi nəzakətsiz tərzdə arxaya itələyib ön cərgəyə keçir.

Markoviç-in özü isə bu hadisəyə fikir verməməyə çağırıb.

“Bu gün mənim prezident Trump-a [Monteneqronun NATO-ya qəbul olunması ilə bağlı] protokolun ABŞ Senatında təsdiqlənməsinə çalışdığı üçün minnətdarlığımı bildirmək imkanım olub”, – Markoviçin bu sözləri CBS tərəfindən iqtibas edilib.

Prezident Trump baş nazir Markoviç-i itələyərək qabağa keçir

Ağ Evin mətbuat katibi Sean Spicer hadisəni şərh edərkən bildirib ki, çəkiliş üçün siyasətçilərin yer seçməsi protokola uyğun həyata keçirilir və prezident Trump, ona ayrılmış yeri tutmalı idi.

Cümə axşamı Donald Trump NATO sammitində ilk dəfə olaraq ABŞ prezidenti kimi çıxış edib. O, alyans ölkələrini müdafiə xərclərini artırmağa çağırıb. Hazırda bu şərti alyansın 28 ölkəsindən yalnız 5-i yerinə yetirir.

Monteneqro parlamenti ölkənin NATO-ya qoşulması qərarını aprel ayında təsdiqləyib.

Ölkənin alyansa qəbulu isə iyun ayına təyin olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button