2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moody's Azərbaycanın reytinqini yenidən aşağı sala bilər

”Bankların xilası çətinləşir”

Saytların yığılması Saytlarin yigilmasi

Moody’s Investors Service (Moody’s), Azərbaycanın “neqativ” proqnozlu “Ba1” reytinqini yenidən aşağı salmaq üçün izləməyə götürüb. 

Bu barədə “Marja”ya Moody’s-a istinadən məlumat yayıb. 

Məlumatda Azərbaycanın kredit reytinqinin ötən ilin 29 aprelindən “Ba1” səviyyəsində olduğu qeyd olunub. 

“Marja.az” yazır ki, reytinqin daha da aşağı salınması üçün nəzarətə götürülməsi Azərbaycan Beynəlxalq Bankının borcunun dövlətə ötürülməsidir:

“Moody’s hesab edir ki, bu addım böyük maliyyə xərclərinə gətirib çıxara, dövlətin maliyyə vəziyyətini pisləşdirə və Azərbaycanın iqtisadi inkişafının ləngiməsinə səbəb ola bilər. Kredit reytinqinin daha da aşağı salınması Azərbaycana investisiyaların daxil olmasını ləngidə və ölkə üçün kredit faizləri yüksələ bilər. Belə mənfi hallar manatın məzənnəsinə də mənfi təsir edə bilər. Azərbaycan Beynəlxalq Bankı xarici borclarını ödəyə bilmədiyi üçün mayın 10-də defolt (müflis) elan edilib. Bankın təxminən 3,3 milyard dollar xarici borcu dövlətə ötürüləcək. Beynəlxalq Bank böyük zərər içindədir. Səbəb manatın ucuzlaşmasıdır”.

 Əmanətçilər pis vəziyyətdə qala bilər

Məlumatda bildirilib ki, hökumət Beynəlxalq Bankın borcları üçün istiqraz buraxaraq kreditorlara təqdim edəcəyini açıqlayıb. Moody’s agentliyi həmçinin gözləyir ki, hökumət bankın kapitalını da qaldırmaq üçün əlavə maliyyə ayıracaqdır. 3,3 milyard dollar xarici borc və bankın kapitalının artırılması üçün əlavə vəsait ölkənin maliyə görünüşünü pisləşdirə pilər. Beynəlxalq Bankın müflis olması və borclarını dövlətin üzərinə götürməsi digər banklar üçün maliyyə vəsaitinin mövcudluğunu ortadan qaldırır. Əgər digər banklarda da vəziyyət ağırlaşarsa, onların xilası çətinləşəcəkdir. Belə olan halda əmanətçilər pis vəziyyətdə qala bilərlər. Həmçinin büdcə vəsaitinin bir hissəsinin Beynəlxalq Bankın borclarına yönəldilməsi dövlət investisiyalarının təxirə salınması ilə nəticələnə bilər. Belə olan halda iqtisadiyyatın inkişafı da ləngiyə bilər.

“Moody’s gözləyirdi ki, ÜDM 2016-cu ildə 3.8 faiz azalmadan sonra 2017-ci ildə 1 faiz, 2017-ci ildə isə 1.8 faiz artım qeyd edə bilər. İndi agentlik bu proqnozların reallaşacağına da şübhə ilə yanaşır.

Moody’s hesab edir ki, Azərbaycanını bank sektorunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi yüksək olaraq qalır və kreditlərin ümumi həcminin 30 faizinə bərabərdir- məlumatda deyilir.

 “Yaranmış vəziyyət manatı təzyiq altında saxlayır”,-deyə Moody’s bu cümləylə açıqlamanı yekunlaşıdırıb.

Moody’s-ın açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, Beynəlxalq Bankın borcu az qala dövlətin borcunun yarısı qədərdir, dövlətin borcu 7 milyard dollardısa, bankın borcu 3,3 milyarddır. Bu amil istər-istəməz reytinqinə mənfi təsirini göstərir.

Onun sözlərinə görə, Azərbaycanın reytinqi aşağı salınacaq. Amma bu addım qısamüddətli və uzunmüddətli də ola bilər:

“Bütün hallarda dövlətin addımları reytinqin aşağı salınmasını uzunmüddətli və qısamüddətli də edə bilər. Qısamüddətli aşağısalınma dövlətin atdığı addımların təsirinin olmasıdır. Reytinqin aşağı salınması zəncirvari şəkil alacaq və digər bankların da reytinqinə mənfi təsirini göstərəcək. Eyni zamanda, dövlət şirkətləri olan SOCAR, Dövlət Dəmiryolu İdarəsi, “Azenerji” və digərlərinin reytinqinə təsir edəcək və onların borclanmasına çətinlik yaradacaq. Nəzərə alsaq ki, manat dəyərini itirir və borclanma xarici valyutada olduğundan heç də yaxşı perspektiv gözlənilmir”. 

”Moody’s-ın açıqlaması da investisiya cəhətdən problem yaradacaq”

Mövcud situasiyanın arzuolunan olmadığını söyləyən Samir Əliyev Nyu-York Məhkəməsinin qərarından çox şey asılı olduğunu deyir:

“Böyük ehtimalla məhkəmə Azərbaycanın xeyrinə qərar verəcək, amma yenə də sürpriz gözləmək mümkündür. Sürpriz o ola bilər ki, iddia tanınmasın və hökumət qısa müddətdə borcları qaytarmaq məcburiyyətində qalsın. Bu isə büdcə xərclərində və valyuta məzənnəsində problemlər doğuracaq. Hələ mən zaman keçdikcə digər reytinq agentliklərinin də münasibətini gözləyirəm”.

Samir Əliyev
Samir Əliyev.

“Beynəlxalq reytin agentliklərinin vəziyyəti mənfi qiymətləndirməsinin ölkəyə yatırım qoyulmasına necə təsir edə bilər” sualına Samir Əliyevin cavabı belə olub:

“Onsuz da son vaxtlar ölkəyə yatırım sıfır səviyyəsindədir. Düzdür, ötən il müəyyən qədər yatırım oldu, ancaq bugün yatırım üçün qanunvericiliklə bağlı kifayət qədər problem var ki, onlar aradan qaldırılmalıdır. Birinci, müstəqil məhkəmə sistemi, mülki hüququn qorunması barədə ciddi düşünmək vaxtıdır. Bəli, Moody’s-ın açıqlaması da investisiya cəhətdən problem yaradacaq. Yəqin ki, hökumət özünü qorumaq üçün “təhlükəsizlik yastığı” olan Dövlət Neft Fondunun vəsaitlərinin istifadəsinə məcbur olacaq ki, müəyyən qədər qarşılaşdığı borcu aradan qaldırsın. Bu isə Dövlət Neft Fondunun vəsaitlərinin müəyyən itkisilə nəticələnər”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button