2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moody’s: “Azərbaycan hökuməti aldığı borcları qaytarmaya bilər! “

Moody’s Azərbaycan hökumətinin emitent və təminatsız borc reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Reytinqin proqnozu “stabil”dir.

Moody’s  həmçinin “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

Reytinqlərin azaldılması Azərbaycanın  fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin qiymətinin  aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.

Əhəmiyyətli kredit riski səviyyəsi

Moody’s Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan “Ba2”  borcun “əhəmiyyətli kredit riski”nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir.

Moody’s agentliyinin Azərbaycanın hökumətinin emitent və təminatsız borc reytinqinin aşağı salması, agentlik mütəxəsislərinin Azərbaycanın iqtisadı vəziyyətinin adekvat dəyərləndirilməsinin nəticəsidir.

Reytinq qiymətləndirilməsi Azərbaycanda real iqtisadi vəziyyəti qiymətləndirməsi, hökumətin son illərdə apardığı yanlış siyasətin yaratdığı ağır iqtisadı vəziyyətə əsaslanır.

Moody’s-in mütəxəsisləri neft qiymətləri düşəndən sonra, ölkənin iqtisadi gücünün hədsiz azalmasını, iqtisadiyyatın bütün sahələrində ağır böhranın yaşanmasını nəzərə alıblar. Hökumətin vəziyyəti düzəltmək üçün göstərdiyi səylərin daha pis nəticələrə gətirib çıxardığını dəqiq muəyyənləşdiriblər. Azərbaycan rəsmilərinin iqtisadi problemlərin həlli sahəsində verdikləri optimist bəyanatların tamamilə əsassız olduğunu, bu reytinq qiymətləndirməsiylə sübut edirlər.

Moody’s hesab edir ki,  hazırda Azərbaycanda mövcud olan ağır iqtisadi vəziyyət, ölkənin borclarını geri  qaytarmaq risklərini xeyli artırır.  Moody’s-in Azərbaycan hökumətinin  emitent və təminatsız borc reytinqini aşağı salması hökumətin borc əldə etmək imkanlarını daha da məhdudlaşdıracaq və bu da ölkədə iqtisadi vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək.

Hakimiyyət nümayəndələrinin dövlət borcunun aşağı səviyyədə olması ilə bağlı bəyanatlarının ziddinə olaraq, agentliyin mütəxəsisləri Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin və ağır iqtisadi böhrandan çıxmaq üçün imkanlarının son dərəcə məhdud olmasını nəzərə alaraq, dövlət borcunun qorxulu həddə çatdığını təsbit ediblər. Hökumət daha yüksək faizlə kreditlər götürməyə, daha ağır şərtlərlə qiymətli kağızlar  buraxmağa məcbur olacaqlar.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button