Dünya

Moskva Avropa İttifaqını qarşıdurma yolunu seçməkdə günahlandırır

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib ki, Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların genişləndirilməsinə sərmayə qoymaqda davam edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa Ittifaqının Brüssel sammitindəki son qərarları göstərir ki, bu qurum qarşıdurma yolunu seçib.

Zaxarovanın bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək niyyətində deyil.

Zaxarova deyib ki, Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların genişləndirilməsinə sərmayə qoymaqda davam edir. O qeyd edib ki, bu qurum Ukraynaya silah göndərilməsi və ona hərbi yardım göstərmək üçün xüsusi missiya yaradılmasını maliyyələşdirmək üçün 500 milyon avro vəsait ayrılmasına qərar verib.

Zaxarova hesab edir ki, Avropa İttifaqının Rusiyanı tənqid etməyə mənəvi haqqı yoxdur.

Qeyd edək ki, Avropa İttifaqı, ABŞ və digər aparıcı dünya ölkələri isə Rusiyanı Ukraynaya hərbi təcavüzdə, bu ölkədə hərbi cinayətlər törətməkdə ittiham edirlər.

BMT-nin məlumatına görə, Rusiyanın bu il fevralın 24-də Ukraynaya hücumundan bu yana 6 114 dinc sakin həlak olub, 9 132 nəfər yaralanıb.

Bu oktyabrın 2-nə olan məlumatdır.

Qeyd edək ki, Avropa İttifaqı bu günlərdə bəyan edib ki, ümumilikdə 2023-cü ildən başlayaraq Ukraynaya hər ay 1,5 milyard avro ayıracaq.

Avropa Komissiyasının sədr Ursula von der Leyenin sözlərinə görə, Avropa İttifaqı artıq indiyədək Ukraynaya ümumilikdə 19 milyard avroluq yardım edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

24 saat” “
Moskva Avropa İttifaqını qarşıdurma yolunu seçməkdə günahlandırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Paşinyan İranın xarici işlər naziri Abdollahiyanı qəbul edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button