2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Moskva Avropanın Lukaşenkanı tanımamasını pisləyir


Rusiya Avropa İttifaqının Alyaksandr Lukaşenkanı Belarusun legitim prezidenti kimi tanımaması qərarını tənqid edib və bildirib ki, bu, beynəlxalq qanunların pozulması və ölkənin daxili işlərinə kobud şəkildə qarışılması deməkdir.

Belarusda 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenka sentyabrın 23-də qəfil və az qala məxfi şəraitdə inaqurasiya keçirib.

Halbuki müxalifət və Qərb hökumətləri seçkinin kobud şəkildə saxtalaşdırıldığını və seçki nəticələrinin qəbul edilmədiyini bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələrinə görə Lukaşenka 80 faiz səs toplayıb. Müxalifət onun reallıqda 3 faiz səs topladığını bildirir.

Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 25-də müxbirlərə deyib ki, Lukaşenkanın dövlət başçısı kimi tanınmaması Avropa İttifaqının Minsklə dialoqunu mürəkkəbləşdirə bilər.

Peskov deyib ki, baş verənlər Minsk və Moskva arasındakı münasibətləri heç bir şəkildə təsirləndirmir.

Rusiya Belarus seçkisinin nəticələrini dərhal tanıyıb və prezident Vladimir Putin Lukaşenkanı təbrik edib.

Bunun ardınca Moksva Belarusa dəstək olaraq 1.5 milyard dollar kredit ayırdığını bildirib.

Putin Lukaşenka ilə Soçidə keçirdiyi görüşdə Moskvanın ona tam dəstəyini bildirib.

 

Müxalifətə qarşı repressiyalar davam edir

Bu arada Lukaşenka hakimiyyəti müxalifıət liderlərini əzməkdə davam edir.

Sentybarın 25-də Minsk məhkəməsi müxalifətin Koordinasiya Şurasının üzvü Maryya Kalesnikavanı mühakiməyə qədər azad etməkdən imtina edib.

Kalesnikava Belarusun milli təhlükəsizliyinə hədə yaratmaqda ittiham olunur.

Məhkəmənin qərarında deyilir ki, 38 yaşlı Kalesnikava noyabr ayında keçiriləcək dinləməyə qədər həbsdə saxlanacaq.

Kalesnikava və onun iki həmkarı sentyabrın 7-də Minskin mərkəzində maskalı şəxslər tərəfindən maşına basılaraq aparılmışdı.

Sonradan məlum olmuşdu ki, saxlananları Ukrayna sərhədinə apararaq onları zorla qonşu ölkəyə keçməyə məcbur ediblər.

İki həmkarından fərqli olaraq Kalesnikava maşının pəncərəsindən çıxmış və pasportunu cıraraq Ukraynaya keçirilməsini mümkünsüz etmişdi.

Məhz bundan sonra həbs edilən Kalesnikavaya qarşı ağır ittihamlar irəli sürülüb.

Bundan əvvəl Belarus hakimiyyəti eyni tərzdə müxalifət lideri Svyatlana Tsixanovskayanı Litvaya keçməyə məcbur etmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button