2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskva Bakı və Yerevanın sərhədlərin delimitasiyası ilə bağlı təklifə cavabını gözləyir

Bakı/17.09.21 Rusiya Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası məsələləri ilə bağlı təklifə cavabını gözləyir. Bu barədə cümə axşamı keçirilən brifinqdə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ermənistan və Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyəti diqqətlə izləyirik. Vəziyyətin, o cümlədən Vorotan kəndi yaxınlığında vəziyyətin inkişafı növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin ən qısa zamanda işə salınmasına və sonradan sərhəd boyunca demarkasiyaya ehtiyac olduğunu göstərir. Rusiyanın bununla bağlı təklifləri Bakıya və Yerevana təqdim edilib. Gələcək kursun formalaşdırılması üçün ən qısa zamanda cavab gözləyirik. Paralel olaraq yüksək səviyyədə üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması üzrə Azərbaycan və Ermənistanla birgə səylərimizi davam etdirəcəyik”, deyə Zaxarova İrandan gələn yük maşınlarının Azərbaycan hərbiçiləri tərəfindən saxlanılmasını qiymətləndirməyi xahiş edən erməni jurnalistlərin suallarına cavabda bildirib.

Ermənistan telekanalları Rusiyanın maraqlarının müdafiəçisi rolunu öz üzərinə götürmək qərarına gəliblər, Zaxarovanı Xəzərin hüquqi statusu haqqında konvensiyanı “pozan” və Türkiyə xüsusi təyinatlılarının şəxsində xarici hərbiçiləri dənizdə təlimlərə dəvət edən Bakının hərəkətlərinə qiymət verməyə çağırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan və Türkiyənin birgə təlimlərinə gəlincə, Rusiyanın bununla bağlı mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb. Mövqeyimizin Azərbaycanlı tərəfdaşlarımız tərəfindən anlayışla qarşılandığını nəzərə alaraq, hesab edirəm ki, açıq şərhlərdən yayına bilərəm. Azərbaycanlı tərəfdaşlarımızla əlaqə saxlayırıq”, deyə Zaxarova cavab verib.

O, Azərbaycan Silahlı Qüvvələrinin ünvanına Qarabağda atəşkəs rejimini pozmaq ittihamları ilə bağlı şərh verməyib, sualı Rusiya sülhməramlılarına ünvanlamağı tövsiyə edib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button