2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskva Britaniya nazirini lağa qoyur

“The Mirror” yazır ki, Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırır.
Hazırda G7 qrupu ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşündə Johnson deyib ki, Rusiya və onun müttəfiqlərinin iki seçimi var.
“Vladimir Putin ya Bəşər Əsədin “zəhərli rejimini” dəstəkləməkdə davam etməli, ya da bütün dünyaya Suriya münaqişəsini bitirməkdə kömək göstərməlidir” – deyib Britaniya naziri.
Boris Johnson deyib ki, yeni sanksiyalar Rusiyanın və Suriyanın hərbiyyə fiqurlarını hədəfləməlidir.
Lakin bu bəyanatın ardınca Moskvadakı diplomatik mənbələrdən sızan məlumatlara görə Rusiya rəsmiləri ABŞ və Birləşmiş Krallıq arasına ixtilaf salmağa çalışırlar.
Onların fikrincə, vəziyyət o qədər ciddidir ki, Borisə vaxt sərf eləməyinə dəyməz və Moskva birbaşa ABŞ-dan münasibət gözləyir.
Bu arada Boris Johnson “The İndependent” qəzetinə bildirib ki, o ABŞ başda olmaqla G7 nazirlərini Rusiyaya qarşı sərt mövqe tutmağa sövq etməyə çalışır.
Məqalədə deyilir ki, Boris Johnson artıq ABŞ dövlət katibi Rex Tillersonla bir saatlıq təkbətək söhbət edib.
Boris Johnson bildirib ki, ABŞ son beş ildə ilk dəfə olaraq Suriyada hərbi hərəkətə keçdikdən sonra oyunun qaydaları dəyişib və Washington-un siyasəti indi bu yeni qaydalara əsaslanmalıdır.
“The İndependent” hökumətdəki mənbələrə istinadla yazır ki, Britaniya və ABŞ Suriya prezidenti Əsədin gələcəyi barədə tam razılığa gəliblər və bu razılaşmaya əsasən Suriyanın gələcəyində Əsədin heç bir rolu olmamalıdır.
Rusiya hökuməti prezident Bəşər Əsədi dəstəklədiyini bir daha təsdiqləyib. Moskva bildirib ki, Suriya hökumətinin iddia edilən kimyəvi hücumla heç bir əlaqəsi olmayıb.
Bu arada ABŞ-ın müdafiə naziri James Mattis bəyan edib ki, Suriyaya raket zərbələri hökumətin hərbi aviasiyasının 20 faizini sıradan çıxarıb.
Mattis deyib ki, Suriya hökuməti bir daha kimyəvi silaha əl atarsa, “ağılsızlıq” etmiş olar.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button