SEÇMƏ

Moskva görüşündə diqqət çəkən 3 vacib məqam – DETALLAR

Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi.

Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”: bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;

İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, “nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik”: bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini – ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır;

Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

– Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;

– Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir.

Asif Nərimanlı


Moskva görüşündə diqqət çəkən 3 vacib məqam – DETALLAR

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button