2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskva İlham Əliyevə Zaxarovanın dili ilə cavab verdi

Moskva /19.08.21 / Turan: Bakı və İrəvan bütövlükdə Dağlıq Qarabağda ki Rusiya sülhməramlılarının sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ayrı-ayrı insidentlər  tez həll edilir. “Onların meydana gəlməsinin səbəbləri Bakı ilə İrəvan arasındakı münasibətlərə kəskin inamsızlıqdır”.

“Zaqafqaziya ölkələrinin siyasətçilərinin bəzi bəyanatlari  və ritorikası əks effekt yaradır. Bu davamlı nəticənin əldə edilməsinə xələl gətirir” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Prezidentinin Rusiyanı Ermənistana silah göndədiyinə görə  təngidi açıqlamalarına münasibət bildirən Zaxarova “Rusiyanın xaricə silah tədarük etməsi onun suveren haqqıdır” deyə qeyd etdi. “Bu barədə çox oxuyuruq və eşidirik,  lakin güc balansını saxlayırıq və sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamaq lazım olduğunu qeyd edirik” , o dedi.

Xatırladaq ki, İlham Əliyev avqustun 14 -də CNN Türk telekanalına verdiyi müsahibədə rus sülhməramlılarını erməni silahlı birləşmələrinin Qarabağa keçməsinə icazə verməkdə və Ermənistana silah göndərməkdə günahlandırmışdı, bunu Qarabağda sülhün əldə edilməsinə zidd oldugunu demişdi. -02D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button