Loading...
Loading...
SEÇMƏ

Moskva məhkəməsi “Novaya qazeta”nın qapanmasına qərar verib

Yayımlandı: 5 Sentyabr 2022 17:48

Qəzetin baş redaktoru qərarı “siyasi sifariş” sayır

Moskvanın Basmannı Məhkəməsi “Novaya qazeta”nın qapanması barədə qərar çıxarıb.

Məhkəmə “Roskomnadzor”un iddiası əsasında işə baxıb.

İddiaya səbəb qanunla müəyyən edilmiş müddətdə redaksiya nizamnaməsinin səlahiyyətli orqanlara təqdim edilməməsi olub.

Qəzetin baş redaktoru Dmitri Muratov bu qərarı “siyasi sifariş” adlandırıb və ondan apelyasiya şikayəti verəcəyini deyib.

“Novaya qazeta” martın 28-də “Ukrayna ərazisində xüsusi əməliyyat” başa çatana qədər öz işini dayandırıb.

Sonra “Roskomnadzor” qəzeti “xarici agent” adlandıraraq ikinci dəfə xəbərdarlıq edib.

Qəzetinin redaksiya heyəti sentyabrın 5-də yaydığı bəyanatda məhkəmə qərarını “Novaya qazeta”nın məhvi kimi qiymətləndirib.

“Təsisçilər arasında iki Nobel Sülh Mükafatı laureatı – Mixail Qorbaçov və Dmitri Muratov ilə qəzet bu gün öldürülüb. İşçilərinin 30 illik həyatını oğurladılar. Oxucular məlumat almaq hüququndan məhrum edilib. Bu gün artıq peşə borcunu yerinə yetirdiyinə görə bu dövlət tərəfindən qətlə yetirilən həmkarlarımız – İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Stanislav Markelov, Anastasiya Baburova, Natalya Estemirova, Orxan Camal yenidən öldürülüb. Amma “Novaya qazeta”nın sizin sənədlərinizə ehtiyacı yoxdur. O, olub, var və olacaq”, – deyə bəyanatda qeyd olunub.

Qəzetin qısa tarixçəsi

“Novaya qazeta”nın ilk sayı 1 aprel 1993-cü ildə nəşr olunub.

Qəzet “Komsomolskaya Pravda”dan ayrılan və “Novaya Daily Gazeta” adlı nəşri yaradan bir qrup jurnalist (Dmitri Muratov, Sergey Kuşnerev, Pavel Voşçanov, Əkrəm Murtazaev, Dmitri Sabov və başqaları) tərəfindən təsis edilib.

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov hələ 1993-cü ildə Nobel mükafatından aldığı vəsaitlə 30 jurnalistdən ibarət bu qrupa 8 kompüter alıb.

Qəzetin ilk baş redaktoru Sergey Kozeurov olub.

1995-ci ildən 2017-ci ilin noyabrına qədər Dmitri Muratov nəşrin baş redaktoru olub.

2017-ci ildə o, baş redaktor seçkilərində iştirak etməyib və onu 2000-ci ildən nəşrin baş direktoru vəzifəsində çalışan Sergey Kozeurov əvəzləyib.

2019-cu ildə Muratov seçkilərdə işçilərin 51,7%-nin səsini toplayaraq baş redaktor vəzifəsinə qayıdıb.

2021-ci il oktyabrın 8-də Muratov “demokratiya və sülh üçün zəruri şərt kimi fikir azadlığını qorumaq səylərinə görə” Nobel Sülh Mükafatına layiq görülüb.

Meydan TV

Gözdən qaçırmayın:  Avropa qışda enerji təhlükəsi ilə üzləşəcəyindən narahatdır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button