2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Moskva məhkəməsi Makareviçi “xarici agentlər” siyahısında saxlayıb

Yayımlandı: 10 Noyabr 2022 16:07

O, Ukraynanın maraqlarından çıxış etməkdə günahlandırılır

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi musiqiçi Andrey Makareviçin Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına daxil edilməsi ilə bağlı şikayətini təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Makareviçin vəkili Aleksandr Peredruk məhkəməyə müraciə edərək Ədliyyə Nazirliyinin qərarının qanunsuz hesab edilməsini və musiqiçinin reyestrdən çıxarılmasını xahiş etmişdi.Məhkəmədə Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, Makareviç Ukraynanın maraqlarından çıxış edib.

Sübut kimi Makareviçin şəxsi “Telegram” kanalındakı postları təqdim edilib.

Qeyd olunub ki, müsuqiçinin paylaşdıqları dövlət orqanlarının fəaliyyətini nüfuzdan salır.

Əlavə edilib ki, Makareviç xarici mediaya müsahibələrində rus hərbçilərinin qarşı çıxışlar edib.

Bununla da məhkəmə Rusiya Ədliyyə Nazirliyinin qərarını qüvvədə saxlayıb.

2022-ci il sentyabrın 2-də Rusiya Ədliyyə Nazirliyi Makareviçi fiziki şəxslər – “xarici agentlər” siyahısına daxil edib.Ardınca, oktyabrın 11-də musiqiçi Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verib.

“Xarici agentlər” siyahısı 2022-ci ilin aprelindən tərtib edilib və hazırda orada 32 nəfərin adı olduğu bildirilir.

Makareviçin siyahıya salınmasına səbəb kimi Ukraynadan maliyyələşdiyi göstərilib.

Makareviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qatı əleyhdarıdır.Müğənni müharibə başlayandan sonra etiraz əlaməti olaraq ailəsi ilə birlikdə İsrailə köçüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button