2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Moskva Mike Pence-in ‘Rusiya təhlükədir’ deməsinə bərk qəzəblənib

Rusiya rəsmiləri ABŞ vise-prezidenti Mike Pence-in öz çıxışında “Rusiyanı İranla birlikdə qlobal stabilliyə təhlükə” adlandırmasına kəskin etirazla reaksiya veriblər.

Kremlin sözçüsü Dmitri Peskov iyunun 6-da bu bəyanatla bağlı “təəssüf” bildirib və Birləşmiş Ştatları öz “mövqeyini aydınlaşdırmağa” çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Peskov deyib: “Təbiidir ki Moskvanın diqqətə aldığı tək bir şey prezident Trump-ın mövqeyidir”.

İyunun 5-da Vaşinqtonda Atlantika Şurasında çıxış edən Pence ABŞ-ın NATO-ya sadiqliyinin“dəyişməzliyini” güclü şəkildə bir daha təsdiq edib.

ABŞ vise-prezidenti bəyan edib ki, “güclü NATO müttəfiqi, xüsusilə də indi, sınaq vaxtlarında çox mühümdür”.

Cənab Pence bunu da söyləyib ki, “beynəlxalq sərhədləri zor gücünə dəyişməyə cəhd göstərən Rusiyadan tutmuş, Yaxın Şərqi sabitsizləşdirməyə səy edən İrana və istənilən an zərbə endirə biləcək terror təhlükəsinədək, indi dünya, kommunizmin çöküşündən bəri daha təhlükəsli yerə çevrilib”.

Pence-in bu bəyanatlarından əvvəl bəzi müşahidəçilər prezident Trump-ı Brüsseldə keçirilən NATO sammitində alyansı lazımınca dəstəkləmədiyinə görə tənqid edirdilər.

Rusiya Dövlət Duması Xarici İşlər Komitəsinin sədri Leonid Slutski deyib ki, “Pence-in çıxışı Amerikada Trump prezidentliyə gələndən bəri səslənmiş onlarca, yüzlərcə anti-Rusiya nitqlərinin məcmusudur”.

Parlamentin üst palatası Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin başçısı Konstantin Kosaçov isə deyib ki, Pence-in qeydləri “cəfəngiyyatın zirvəsidir”. O əlavə edib ki, “Rusiya və İran yalnız ABŞ-ın hegemonluq etdiyi təkqütblü dünyaya təhlükə yaradır”.

Lakin bundan bir qədər əvvəl, iyunun 6-da dövlət katibi Rex Tillerson bildirmişdi ki, Trump ona Moskva ilə münasibətlərin yenidən qurulması üçün “danışqılar aparmağı” tapşırıb. Dövlət katibi bunu da əlavə etmişdi ki, Trump onun yaxın çevrəsinin Moskva ilə mümkün əlaqələrinin Vaşinqtonda yaratdığlı təlatümün bu işə mane olmasını istəmədiyini deyib.

Hazırda FTB və ABŞ Konqresi Rusiya rəsmiləri və Trump-ın seçki və keçid komandaları arasında mümkün bağların təhqiqatını davam etdirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button