2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Moskva Özbəkistanın dövlət dili siyasətinə müdaxilə edir


Rusiyanın Xarici İşlər Nazirliyi Özbəkistanda dövlət dili ilə bağlı qanun layihəsi ətrafında yaranmış mübahisələri şərh edib.

Bu qanun layihəsi Özbəkistanda kargüzarlıqda özbək dilindən dövlət dili kimi istifadə etməyən vəzifəli şəxslərin və məmurların cəzalandırılmasını nəzərdə tutur.

Rusiya XİN-in sözçüsü Maria Zakharova bu qanun layihəsi ilə bağlı mövqeyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, Özbəkistanda kargüzarlıqda dövlət dilindən istifadə tərəfdarlarının aşkar azlıqda olduqları görünür:

“Biz bu qanun layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən polemikaya fikir vermişik. Belə bir təəssürat yaranır ki, bu qanun layihəsinin tərəfdarları aşkar azlıqdadırlar. Şərhlərin çoxunda rus dilinin rəsmi istifadədə saxlanması dəstəklənir. Bu, tarixin, zamanın və ikitərəfli münasibətlərin ruhuna tam uyğundur. Ən əsası, bu, Özbəkistanın Rusiyada təhsil almaq və işləmək istəyən vətəndaşlarının mənafeyinə uyğundur”.

 

Pusluz təklif

Rusiya XİN-in sözçüsü habelə Özbəkistanda Rus dilinin tədrisi proqramlarından söz açıb.

Zakharova deyib ki, bu proqramlara əsasən Özbəkistanda əlavə olaraq Rus dili mərkəzlərinin açılması, Özbəkistana rus dilində dərslik, metodik vəsait və bədii ədəbiyyat göndərilməsinin intensivləşdirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü deyib ki, Rusiya ali məktəblərində Özbəkistan abituriyentləri üçün “rus filologiyası” ixtisası üzrə pulsuz yerlərin artırılması planlaşdırılır.

Bundan əvvəl Özbəkistanın Ədliyyə Nazirliyi bir sıra Rusiya medialarının “təxribatçı təbliğat” xarakterli yazılarını pisləmişdi.

Nazirlik bildirirdi ki, qanun layihəsindən məqsəd Özbək dilinin dövlət dili kimi mövqelərinin möhkıəmləndirilməsidir.

Ədliyyə Nazirliyinin tərtib etdiyi bu qanun layihəsi qəbul olunarsa, Özbəkistanda kargüzarlıqda Özbək dilindən istifadə etməyən vəzifəli şəxslər 446 min somdan 1.1 milyon somadək (44-108 dollar) cərimə olunacaqlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button