2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskva polisi aprelin 2-də 29 aksiyaçını saxlayıb

Moskva polisi aprelin 2-də 29 aksiyaçını saxlayıb.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti, France-Press və TASS agentlikləri məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar ictimai asaişi pozmaqda ittiham olunur.

Bu etiraz aksiyası bir həftə əvvəl müxalifət lideri Aleksey Navalnının təşkil etdiyi aksiyalardan bir həftə sonraya təsadüf edir.

Həmin aksiyalarda ümumilikdə 1000-dən çox adam saxlanmışdı.

Navalnının özü hazırda həmin aksiyalara görə 15 sutkalıq həbs çəzası çəkir.

Navalnı bu aksiyadan xəbərsiz olduğunu deyir.

Aleksey Navalnı

Aleksey Navalnı

“O, ümumiyyətlə bu barədə heç nə bilmir”- deyə, Navalnının mətbuat katibi Kira Yarmış Tvitterdə yazır.

Martın 26-də keçirilən aksiya son 5 ildə ölkədə korrupsiyaya əleyhinə ən böyük etiraz hesab olunur.

Rusiya hakimiyyəti aprelin 1-də korrupsiya əleyhinə icazəsiz etirazlara çağıran bir neçə nəfərə qarşı cinayət işi açıldığını bəyan edib.

Məlumatlara görə, hakimiyyət etirazlara çağıran bir sıra internet-saytlara girişi bağlayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button