Now Reading:
Moskva polisi azərbaycanlı bloqerin evinə basqın etdi – VİDEO

Azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında paylaşdığı videoya görə polis şöbəsinə aparılıb.

Bankda oğurluq edəcəyi barədə yumoristik video çəkən və həmin görüntüləri sosial media hesabında yayımlayan Hüseynin yaşadığı mənzilə paylaşımdan sonra polislər basqın edib.

Onlar öncə mənzildə axtarış aparıb, daha sonra Hüseyn və dostunu polis şöbəsinə apararaq dindiriblər.

Qeyd edək ki, “Instagram”da 4,5 milyon izləyicisi olan video-bloqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.